top
3 klubun şikayəti təmin edilmədi Sport24.az
04 aprel 2025, 17:58
- ↺ +

3 klubun şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. Sport24.az xəbər verir ki, bu gün toplantıda aşağıdakı qərarlar qəbul edilib:

 

"Səbail" komandasının futbolçusu Süleyman Alluş (Soulyman Allouch) barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. "Səbail" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 9 mart 2025-ci il tarixdə Misli Premyer Liqasında XXVI tur çərçivəsində keçirilən "Zirə" – "Səbail" oyununun 74-cü dəqiqəsində "Səbail" komandasının 14 nömrəli futbolçusu Süleyman Alluş (Soulyman Allouch) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 40.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

"Neftçi-2" komandasının futbolçusu Həbib İsmayılov barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. "Neftçi" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 11 mart 2025-ci il tarixdə Əvəzedicilər Liqasında XXVI tur çərçivəsində keçirilən "Neftçi-2" – "Turan Tovuz-2" oyununun 90+5-ci dəqiqəsində "Neftçi-2" komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 300 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 40.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

Əliyev Orxan Mehman oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. "Marafon" İdman Klubu və "Marafon" İdman klubunun futbolçusu Əliyev Orxan Mehman oğlu tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilsin.
2. 2024/2025-ci illər mövsümündə aşağı yaş qruplarının liqalarında çıxış edən Olimpiya (Ağcabədi) komandasının rəsmisi Əliyev Orxan Mehman oğlu futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılması (maddə 100) barədə AFFA İntizam Komitəsinin 22 mart 2025-ci il tarixli qərarı dəyişdirilərək futbolla bağlı fəaliyyətdən kənarlaşdırılması cəzasının 6 ay müddəti şərti tətbiq edilsin.
3. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 22 mart 2025-ci il tarixdən hesablansın.
4. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

"Lion" Peşəkar Futbol Klubunun futbolçusu Seymur Şükürlü barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. "Lion" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
9 mart 2025-ci il tarixdə AFFA U-16 Liqasında keçirilən Səbail PFK-Lion PFK oyunu bitdikdən sonra Lion PFK komandasının 33 nömrəlsi futbolçusu Seymur Şükürlü rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə futbolçunun 3 oyun cəzalanması (maddə 43.1) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilsin.
2. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablansın.
3. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

I Liqada çıxış edən "Mingəçevir" klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair

I Liqada "Mingəçevir" klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi (maddə 107.2) barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınsın.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Oxşar xəbərlər