top
3-cü dəfə Azərbaycan klubu ilə qarşılaşacaq “Omoniya” - STATİSTİKA İdman.biz
18 avqust 2024, 12:22
- ↺ +

3-cü dəfə Azərbaycan klubu ilə qarşılaşacaq “Omoniya” - STATİSTİKA

"Zirə"nin Konfrans Liqasının pley-offundakı rəqibi "Omoniya" Kiprin 21 qat çempionudur.

İdman.biz xəbər verir ki, avrokuboklarda 171 oyunda 61 dəfə qalib gəlib, 78 dəfə uduzan Nikosiya klubunun top fərqi 226-273-dür.

Hazırda iştirak etdiyi Konfrans Liqasında klubun 14 görüşdə 7 qələbəsi, 3 məğlubiyyəti var. Top fərqi 22-20-dir.

2021/2022-ci illər mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın indiki rəqibi Zaqreb "Dinamo"suna uduzan (0:2, 0:1) "Omoniya", Avropa Liqasının pley-offunda Belçika "Antverpen"inə penaltilər seriyasında (4:2, 0:2, p.2:3) yenilərək Konfrans Liqasında Ağdam təmsilçisi ilə eyni qrupa düşüb. Azərbaycan çempionunundan 1 xal alan (2:2, 1:4) Nikosiya klubu digər matçlarda 3 heç-heçə qarşılığında 1 məğlubiyyətə üzülüb.

Ötən mövsüm bu turnirdə "Qəbələ" üzərində qələbələrin (3:2, 4:1) ardından Danimarka "Mityullann"ı tərəfindən (1:0, 1:5) pley-offa yolu kəsilən Kipr klubu, cari mövsümdə eyni yarışda 4 görüşünün hamısında qalıb gəlib. Komanda Kutaisi "Torpedo"sunu (3:1, 2:1) və macar "Fehervar"ını (1:0, 2:0) yolundan kənarlaşdırıb.

Avropa Liqasında 2 dəfə qrupda oynayan (2020/2021, 2022/2023) "Omoniya"nın qitə yarışlarında ən böyük uğuru uzaq 70-80-ci illərdə 4 dəfə Çempionlar Kubokunun 1/8 finalında oynamasıdır. Ancaq həmin mərhələdəki 8 matçında da klub 1 qələbə qarşılığında 7 məğlubiyyət alaraq, rəqiblərinin 32 qolundan 6-na cavab verib.

Ölkə çempionatında klubun son zəfəri 2021-ci ildə olub. Ötən il klub bürünc medal qazanıb. Son ölkə çempionatında rəqib qapılarına 36 oyunda 62 dəfə yol tapan nikosiyalılar orta hesabla hər oyunda qapıya 11,7 zərbə endiriblər.

Orta hesabla 49,1 % topa sahib olmaya malik "Omoniya"nın ötürmələrinin 82 %-i dəqiq olub. Uzun ötürmələrin 55 %-i hədəfə çatıb.

Nikosiyalı futbolçular təkbətək mübarizələrin 36,6, hava mübarizəsinin 43,7 %-də üstün olublar.

Hər oyuna orta hesabla 1,3 dəfə offsayda düşən futbolçular 11,9 dəfə fol ediblər.
Müdafiədə hər oyuna orta topalma 42,8, qapıçı seyvi 2,7-dir.

Qeyd edək ki, "Omoniya" Konfrans Liqası pley-offunda "Zirə" ilə avqustun 22-də Nikosiyada, 29-də isə Bakıda qarşılaşacaq.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Futbol
Dünən, 21:27

Lixtenşteynin üç futbolçusu Azərbaycanla qarşılaşmadan əvvəl fərdi məşq keçdi

Oxşar xəbərlər