Fevralın 12-də Brüsseldə UEFA-nın 50-ci Konqresi keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Konqresdən sonra UEFA prezidenti Aleksandr Çeferinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Həmin gün həm də 2026/27 UEFA Millətlər Liqasının qrup mərhələsinin püşkatması keçiriləcək.
Konqresdən əvvəl, fevralın 11-də UEFA İcraiyyə Komitəsinin iclası baş tutacaq.