top
2025/2026 mövsümündə Azərbaycan qadın futbolunda yarışlar 4 liqa üzrə keçiriləcək Idman.biz
19 iyul 2025, 16:31
- +

2025/2026 mövsümündə Azərbaycan qadın futbolunda yarışlar 4 liqa üzrə keçiriləcək

"Azərbaycanda 2025/2026 mövsümündə qadın futbolunda yarışlar 4 liqa üzrə keçiriləcək".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva deyib.

Qurum rəsmisi yeni mövsümdən etibarən Azərbaycanda qadın futbolu ilə bağlı bir sıra qərarlar qəbul edildiyini bildirib: "Ötən mövsüm bütün qız liqalarında iştirak edən komandaların nümayəndələri ilə görüş oldu. Bu il müraciətlər əsasında yeni komandalar da dəvət etmişik. 2025/2026 mövsümündə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası keçiriləcək. Hələ ki, formatla bağlı heç bir məlumat verə bilmirik, çünki qeydiyyat prosesi avqustun sonunadək davam edəcək. Komandaların sayı bəlli olandan sonra uyğun formatı müəyyənləşdirəcəyik. U-16 Liqası və Yüksək Qızlar Liqası ev-səfər sistemi ilə keçiriləcək. U-12 liqası kütləvi xarakter daşıyacaq. Yeni istedadların aşkar edilməsinə, kütləviliyin təminatına çalışacağıq. Bu bizim üçün fundamental bir liqa olacaq. Gələcəkdə U-12 liqasından çıxan qızları ilk olaraq U-15 millisinə dəvət edəcəyik. Yüksək Qızlar Liqasının məqsədi o olacaq ki, U-17, U-19 və əsas millinin oyunçuları məhz burada toplaşıb oynasınlar. U-16 Liqası isə U-15 və U-17 yığmalarına namizəd oyunçular üçün keçid rolunu oynayacaq".

Departament rəhbəri liqalarda gəncləşdirmə prosesi aparılacağını da söyləyib: "Liqada gəncləşdirmə prosesinin məqsədi birbaşa keyfiyyətə təsir etmək və böyük oyunçu kütləsi yaratmaqdır. Belə də komandaların sayı da çox olacaq. Üstəlik, intensivlik yüksək olacaq və rəqabət artacaq. 2010 təvəllüdlü futbolçular da Yüksək Liqada oynayacaqlar. Bunun səbəbi futbolçuların fiziki hazırlığı ilə bağlıdır. Çünki bu yaşda olan oyunçular xaricə gedəndə yaşca özlərindən böyük futbolçulara və çətin rəqiblərə qarşı oynayırlar. Azərbaycanda U-16 Liqasında rəqabət aşağıdır və Avropada güclü rəqiblərə qarşı oynamağa hazır olmurlar. Qızlarımızın nə fiziki durumu, nə də texniki hazırlıqları buna imkan verir. Bütün yaş qrupu üzrə millilərin baş məşqçilərinin fikirlərini də öyrəndik. Qızların sayını artırmaq, istedadlı olanlara özlərindən yaşca daha yuxarı komandaların heyətində oynamaq məqsədilə gəncləşdirmə prosesi aparmaq qərarına gəlmişik.

Ötən il Yüksək Liqada qızların sayı 122 nəfər idi. Məqsədimiz bu sayı 200-ün üzərinə çıxarmaq və rəqbəti artırmaqdır. U-16 aşağı yaş qruplarında sonuncu liqadır. Daha sonra Yüksək Qızlar Liqası gəlir. 16 yaşadək futbolçuların bu liqada oynamasının həm say artımına, həm də keyfiyyətə təsir edəcəyini düşünürəm. Belə də çempionatlarda komandaların sayı ilə bağlı problemlər yaşanmayacaq və texniki məğlubiyyətlərin sayı da az olacaq. Bu təcrübə xarici ölkələrdə də həyata keçirilib. Bir neçə ölkədə biz bunu araşdırmışıq. Avropada U-16 millilərinin üzvlərinin daha böyük yaşda olan, həmçinin yaxın ölkələrin liqalarında oynamaları məsləhət görülür. Məşqçilərlə məsləhətləşdik, AFFA rəhbərliyi də bu qərarları müsbət qarşıladı".

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:09

Qurban Qurbanov "Sabah"la oyundan sonra: "Bu cür rəqibə qarşı oynamaq xoşdur"

Minifutbol
Bu gün, 01:57

Orxan Məmmədov: “Zirə”nin çempionluğu minifutbolun inkişafının göstəricisidir

Futbol
Bu gün, 01:56

"Qarabağ" - "Sabah" oyununun videoicmalı (2:2) - Sport24.az

Minifutbol
Bu gün, 01:39

"Zirə"nin hədəfi Çempionlar Liqasının qalibi olmaqdır

Futbol
Bu gün, 01:20

"Rayo Valyekano" "Elçe" üzərində minimal hesablı qələbə qazanıb

Cüdo
Bu gün, 01:19

Gəncədə Yeniyetmələrin Cüdo üzrə Avropa Kubokunun Püşkatma Mərasimi Keçirilib

Futbol
Bu gün, 01:01

PSJ "Tuluza"nı məğlub edib: Liqa 1-də 28-ci tur nəticəsi

Voleybol
Bu gün, 00:55

"Milli Aviasiya Akademiyası" və "Gəncə" Azərbaycan Yüksək Liqasının yarımfinalında

Basketbol
Bu gün, 00:45

"Naxçıvan" "Sərhədçi"ni məğlub etdi

Futbol
Bu gün, 00:42

Ronaldunun dublu "Əl-Nəsr"ə "Əl-Nəcmə" üzərində qələbə qazandırıb

Futbol
Bu gün, 00:23

Misli Premyer Liqasının 26-cı turunun hakimləri müəyyənləşib

Futbol
Bu gün, 00:20

Misli Premyer Liqası: 26-cı turun hakimlərinin təyinatı açıqlandı

Futbol
Bu gün, 00:05

"Qarabağ" 2025/26 mövsümündə "Sabah" üzərində hələ qələbə qazanmayıb

Futbol
Dünən, 23:59

"Qarabağ" – "Sabah" oyununda son 10 mövsümün azarkeş rekordu qeydə alındı

Futbol
Dünən, 23:48

"Qarabağ" - "Sabah" oyunundan sonra Qurban Qurbanovun mətbuat konfransı: Azarkeşlər zövq alsın, uduzsaq da, olar

Futbol
Dünən, 23:47

FIFA-nın saytı: Azərbaycan futbolunda müsbət dəyişikliklər və real irəliləyişlər müşahidə olunur

Digər
Dünən, 23:30

Azərbaycan nümayəndə heyəti Türkiyədə mütəxəssis mübadiləsi proqramında iştirak edib - FOTO

Futbol
Dünən, 23:29

"Qarabağ" – "Sabah" matçı Premyer Liqada ev sahibi komanda üçün tamaşaçı rekordunu yenilədi

Digər
Dünən, 23:24

İstanbul Aydın Universitetinin professoru Bakıda "İdmanda və hərbdə texnologiyalar" mövzusunda təlim keçib

Futbol
Dünən, 23:24

"Qalatasaray" "Trabzonspor" səfərinə bir neçə əsas oyunçusuz yollanacaq

Futbol
Dünən, 23:20

Misli Premyer Liqasının XXVI turunun hakimləri açıqlanıb

Boks
Dünən, 23:17

WAKO prezidenti Roy Baker Azərbaycanda kikboksinqin inkişafını yüksək qiymətləndirib

Futbol
Dünən, 23:09

"Qarabağ" - "Sabah" Kubok Oyunu Son 10 Mövsümün Tamaşaçı Rekordunu Qırdı

Futbol
Dünən, 22:55

"Zirə"nin "Turan Tovuz" üzərində qələbəsi - VİDEO icmal

Oxşar xəbərlər