top
2025-2026 mövsümü: 2-ci Liqanın komanda sayı, formatı və pley-off qaydaları açıqlandı Sport24.az
Bu gün, 17:17
- +

2025-2026 mövsümü: 2-ci Liqanın komanda sayı, formatı və pley-off qaydaları açıqlandı

2-ci Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

 

Turnir 12 komandanın iştirakı ilə keçiriləcək. "Qusar" komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, 2-ci Liqanın 2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı 2-ci Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş "Ağstafa Gəncləri" komandası əvəzləyəcək.

 

Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların 2-ci Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/26 mövsümündə 2-ci Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa 2-ci Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.

 

2025-2026-cı illər mövsümü 2-ci Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

 

Məlumat üçün bildirək ki, 2-ci Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

 

Qeyd edək ki, 2-ci Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabr tarixində başlayacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:33

Ronaldinyonun özünü doğrultmayan proqnozu: Messinin yerini tutacaq iki oyunçu

Güləş
Bu gün, 19:27

Giorgi Meşvildişvili Varşavada qızıl medal qazanıb

Güləş
Bu gün, 19:13

Giorgi Meşvildişvili Varşavada keçirilən turnirdə qızıl medal qazanıb

Futbol
Bu gün, 18:56

Kiernan Deusburi-Holl "Çelsi"dən "Everton"a transfer olundu

Futbol
Bu gün, 18:29

"Difai" "Qarabağ-2"-dən Nihad Həsənzadəni transfer etdi - RƏSMİ

Digər
Bu gün, 18:24

Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Basketbol
Bu gün, 18:16

U-18 basketbol millimizin baş məşqçisi: "Növbəti Avropa çempionatında daha uğurlu çıxış edəcəyik"

Digər
Bu gün, 18:03

Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən idmançılarla görüşüb: Ay ərzində qazanılan nailiyyətlər qeyd olunub

Futbol
Bu gün, 17:59

"Barselona"dan kim gedə bilər? - 6 oyunçu risk altında

Güləş
Bu gün, 17:55

Baş məşqçi: Optimal heyətlə daha artığına ümid edə bilərdik

Futbol
Bu gün, 17:55

"Karvan-Yevlax" Ceyhun Bağırzadə ilə müqaviləni uzadıb

Futbol
Bu gün, 17:49

"Şkendiya"nın baş məşqçisi "Qarabağ"la oyun öncəsi fikirlərini bölüşüb

Futbol
Bu gün, 17:46

"Qəbələ" Eduardo Kunde ilə müqavilə imzalayıb - RƏSMİ

Basketbol
Bu gün, 17:45

Azərbaycan U-18 basketbol millisi növbəti Avropa çempionatında daha uğurlu çıxış edəcək

Futbol
Bu gün, 17:41

"Qəbələ" braziliyalı müdafiəçi Eduardo Kundeni transfer etdi

Futbol
Bu gün, 17:40

Patrik Şik "Bayer"lə müqaviləsini 2030-cu ilə qədər uzadıb - RƏSMİ

Güləş
Bu gün, 17:36

Yunan-Roma Güləşi üzrə Millimiz Türkiyədə Təlim-Məşq Toplanışına Start Verdi

Futbol
Bu gün, 17:29

"Şamaxı" Abdulla Şuaybu ilə müqavilə imzaladı

Futbol
Bu gün, 17:26

"Qarabağ"ın potensial rəqibləri ilə əvvəlki qarşılaşmaları: Təhlil

Olimpiada
Bu gün, 17:18

Nazim Babayev: Qosanov Memorialında texniki səbəblərdən daha yaxşı nəticə göstərə bilmədim

Futbol
Bu gün, 17:15

"Karvan" Rəhman Şabanovla müqaviləni uzadıb - RƏSMİ

Futbol
Bu gün, 17:08

"Qəbələ" Edu Kunde ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 17:03

II Liqa: Komanda sayı, yeni reqlament və "Ağstafa Gəncləri"nin əlavə olunması

Oxşar xəbərlər