Məşhur "Transfermarkt" portalı 2021/22 mövsümündən bəri gənc futbolçuların transferinə ən çox pul xərcləyən Avropa aparıcı 5 milli çempionatının klublarını açıqlayıb.
İdman.biz xəbər verir ki, 353 milyon avro ilə "Çelsi" siyahının lideridir.
Bundan əlavə, London klubu göstərilən dövrdə transfer etdiyi 19 yaşadək oyunçuların sayına görə isə ikinci yerdədir (20 oyunçu). Bu göstəricidə yalnız "Cenoa" (23 oyunçu - 11,3 milyon avro) hamıdan öndədir.
Xərclənən vəsait baxımından "Çelsi"yə ən yaxın rəqib İngiltərənin digər klubu "Brayton"dur – 238 milyon avro qarşılığında ümumilikdə 18 oyunçu transfer edilib.
İdman.biz