top
17 yaşında çempion olub, Gəncədə “Ararat”a qalib gəliblər İdman.biz
04 sentyabr 2024, 17:26
- ↺ +

17 yaşında çempion olub, Gəncədə “Ararat”a qalib gəliblər

Azərbaycan futbolunda imzası olan Namazov qardaşlarından ən böyüyü – idman ustası, mərhum Hafiz Namazov yaşasa idi, bu gün 80 yaşını qeyd edəcəkdi.

O, 1944-cü il sentyabrın 4-də Bakıda anadan olub. 1961-ci ildə - 17 yaşında heyətində sonralar məşhur futbolçular Vyaçeslav Şexov və Nikolay Boqdanovun da yer aldığı Azərbaycanın məktəblilərdən ibarət yığma komandası ilə VII Ümumittifaq spartakiadasının qalibi olub.

1965-ci ildə Bakı "Dinamo"sunda çıxış etdiyi vaxt Gəncədə yerli "Dinamo"yə 1:3 hesabı ilə məğlub olduqları oyunda komandasının yeganə qoluna imza atan Hafiz növbəti mövsümdən məhz Gəncə təmsilçisinin formasını geyinməyə başlayıb.

"Kəpəz"in sələfi olan "Dinamo" ilə 1968-ci ildə SSRİ çempionatının güclülər dəstəsinə yüksəlib. Komandanın əsas müdafiəçilərindən biri olub və 2 nömrəli formanı geyinib.

Güclülər dəstəsində çıxış etdiyi 20 oyunda 2 sarı vərəqə alıb, o cümlədən "Ararat" (1:0) və Moskva SSKA-sı (1:0) kimi rəqiblərə qalib gəldikləri qarşılaşmalarda forma geyinib.

Sonra bir müddət Qazaxıstanda çıxış edib: 1970-ci illərin əvvəllərində Cambul şəhərinin "Alatau" komandasında oynayıb. O, 1996-cı ildə Qazaxıstan çempionu olmuş "Taraz" klubunun sələfidir. Maraqlıdır ki, indi "Turan"ı çalışdıran məşhur Kurban Berdıyev də məşqçilik karyerasına məhz həmin komandada başlayıb.

Hafiz Namazov da futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb, 1970-ci illərin ortalarında Lənkəran "Xəzər"ini çalışdırıb. Həmçinin "FŞM" kimi tanınan "Gənclərin Futbol Məktəbi"ndə işləyib.

Sonralar AFFA nümayəndəsi kimi Azərbaycan milli çempionatının oyunlarına da təyinat alıb. O, 2005-ci ildə vəfat edib.

Qeyd edək ki, Namazov qardaşlarından Asəf daha məşhurdur: o, vaxtilə "Neftçi"nin aparıcı müdafiəçilərindən biri olub, SSRİ-nin olimpiya yığmasına cəlb edilib. Asif Namazov isə daha çox hakim kimi tanınıb.

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Oxşar xəbərlər