top
15 yaşında "Qarabağ"da rəsmi debütü baş tutdu - Video Qol.az
Bu gün, 13:09
- +

15 yaşında "Qarabağ"da rəsmi debütü baş tutdu - Video

Misli Premyer Liqasının bu gün keçirilən "Qarabağ" - "Sumqayıt" matçında (2:0) əlamətdar hadisə yaşanıb.

QOL.az xəbər verir ki, Amin Rzayev 15 yaşında "Qarabağ"ın əsas komandasında debüt edib. O, 84-cü dəqiqədə təcrübəli Elvin Cəfərquliyevin əvəzinə oyuna daxil olub.

A.Rzayev sağ cinah müdafiəçisidir. Onun 16 yaşı hələ bu ilin oktyabrın 12-də tamam olacaq.

O, bu vaxta qədər Ağdam klubunun əsas komandasında yoxlama matçlarında iştirak edib.

A.Rzayev "Qarabağ" akademiyasının yetirməsidir.