top
12 yaşlı futbolçu qız: Azərbaycan millisinin kapitanı olmaq istəyirəm - Cəlilabaddan VİDEOREPORTAJ İdman.biz
23 noyabr 2024, 13:25
- ↺ +

12 yaşlı futbolçu qız: Azərbaycan millisinin kapitanı olmaq istəyirəm - Cəlilabaddan VİDEOREPORTAJ

Cəlilabad rayonu Şıxlar kəndinin 12 yaşlı sakini Zeynəb Tanrıverdiyeva özünün futbol istedadı sayəsində xüsusilə, son günlərdə xeyli məşhurlaşıb.

İdman.biz xəbər verir ki, "Report"un Muğan bürosunun əməkdaşı istedadlı yeniyetmə futbolçunun yaşadığı kənddə Zeynəb və ailəsi ilə həmsöhbət olub.

Hazırda 7-ci sinifdə oxuyan Zeynəb futbola marağının yaranmasını dünya ulduzu Kriştianu Ronaldunun "sehrbazlığı" ilə əlaqələndirib:

"Hələ doqquz yaşım olanda kompüterdə Kriştianu Ronaldunun fəndlərini izləyərkən məndə futbola böyük maraq yarandı. Bundan sonra plastik qabaqlarla futbol oynamağa başladım. Bu həvəsimə baxmayaraq, valideynlərim futbol oynamağıma icazə vermirdilər. Ancaq oyunumu gördükdən sonra mənə dəstək olmağa başladılar.

Müəllimim Cəlilabadda qızlardan ibarət futbol komandasının yaradılacağı haqda paylaşım etmişdi. Mən də həmin komandaya qoşuldum. Lakin sonra o komanda fəaliyyətini dayandırdığı üçün oğlanlardan ibarət komandada məşq etməyə başladım. Məşq zamanı mənim videomu çəkərək paylaşıblar. Məşqçilər də bu videonu görərək məni "Sabah" komandasına dəvət etdilər. Uğurlu futbol karyerası qurmaq və gələcəkdə Azərbaycan milli komandasının kapitanı olmaq istəyirəm".

Zeynəbin atası Zöhrab Tanrıverdiyev ilk vaxtlarda qızının futbola marağını təəccüb və tərəddüdlə qarşılasa da, sonra fikrini dəyişməli olub:

"Əvvəlcə mənə qəribə gəlirdi. Fikirləşirdim ki, qız hara, futbol hara?! Çünki qızların futbol oynaması barədə heç bir təsəvvürüm yox idi. İşdən gələndə görürdüm ki, plastik qabaqlarla özü üçün futbol oynayır. Hətta bir dəfə maşını həyətə salanda mane olduğu üçün onun futbol oynadığı qapaqları yığıb zibilliyə atmışdım. Bir dəfə gecə saat 3 olardı. Gördüm ki, Zeynəb həyətdə topla məşq edir. Bundan sonra artıq ona futbolla məşğul olmağa icazə verdim və dəstək olmağa başladım".

Daha ətraflı videomaterialı izləyə bilərsiniz:

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər