top
100-cü xal arzusunda İdman.biz
18 noyabr 2024, 16:12
- ↺ +

100-cü xal arzusunda

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçlə qarşılaşacaq.

Solna şəhərində baş tutacaq matç komandamızın tarixində 305-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 304 oyuna çıxıb. Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 79 heç-heçəyə nail olub və 164 dəfə uduzub. Əvvəlki 303 qarşılaşmada 235 qol vuran futbolçularımız 505 top buraxıb.

Bu, millinin rəsmi turnirlər çərçivəsində 166-cı oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqasında ümumilikdə 165 matç keçirən komandamız 21 qələbə qazanıb, 34 heç-heçə edib və 110 dəfə xalsız qalıb. 101 qol vuran millimiz 329 dəfə top buraxıb. Bu turnirlərdə aktivimə 97 xal yazan komanda pley-offa vəsiqə üçün zəruri olan qələbəni əldə etsə, bu rəqəmi "100"ə çatdıracaq.

Azərbaycan yığması Millətlər Liqasında 24-cü görüşünü keçirəcək. 6 qələbə və 8 heç-heçəsi olan komandamız 9 dəfə uduzub. 19 qola sevinən futbolçularımız 25 dəfə topu öz qapısında görüblər.

Səfərdəki matç Fernandu Santuşun baş məşqçi postunda 6-cı sınağı olacaq. İsveç, Estoniya və Slovakiyaya eyni - 1:3, sonuncularla ilk matçda isə 0:2 hesabı ilə uduzan portuqaliyalının yetirmələri yeganə xalını Baltikyanı ölkə təmsilçisindən alıblar - 0:0. 1 heç-heçəsi olan və 4 məğlubiyyət alan komanda 3 qol vurub, 11 topa üzülüb.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Oxşar xəbərlər