top
0:10 hesabı ilə uduzan millimizin baş məşqçisi: “Qolları əsasən qapıçı səhvlərindən buraxdıq” İdman.biz
05 noyabr 2024, 17:54
- ↺ +

0:10 hesabı ilə uduzan millimizin baş məşqçisi: “Qolları əsasən qapıçı səhvlərindən buraxdıq”

"Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq".

İdman.biz xəbər verir ki, bunu "report"a Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının I seçmə mərhələsində keçirdikləri görüşləri dəyərləndirərkən deyib.

Mütəxəssis bəzi futbolçuları zədə səbəbindən Lüksemburqda təşkil olunan yarışa apara bilmədiklərini vurğulayıb: "Avropa çempionatı öncəsi komandanın əsas heyət oyunçularından bir neçəsi zədə səbəbindən Lüksemburqa yollana bilmədi. Bu üzdən bizi qarşıda çox çətin oyunlar gözlədiyini bilirdik. İlk matç dəfələrlə A Liqasında mübarizə aparmış Serbiya millisinə qarşı oldu. Rəqibin oyunlarını təhlil etmişdik, kifayət qədər keyfiyyətli oyunçulara malik olduqlarını bilirdik. İlk görüşdə, təəssüf ki, böyükhesablı məğlubiyyətlə üzləşdik. Üstəlik, oyunun əvvəllərində qapçımız ağır zədə alaraq meydanı tərk etməli oldu və onu digər qapıçı ilə əvəzlədik. Qolları da əsasən qapıçı səhvlərindən sonra buraxdıq. Futbolda belə bir deyim var: "qapıçı komandanın 50 faizidir". Rəqib də bu fürsətdən tam yararlandı".

Baş məşqçi qol epizodlarından yararlana bilmədiklərini söyləyib: "Luksemburqa 0:3 hesablı məğlubiyyətə gəlincə, açıq futbol oynayırdıq, qarşılıqlı hücumlar edirdik. Lakin epizodlardan yararlana bilmədik. Komandanın zəif təsir bağışlamasına səbəb kimi onu deyə bilərəm ki, hər il yaş qrupları dəyişir. Əlbəttə, hər dəfə istedadlı futbolçuları komandamıza cəlb edirik, amma bu il seçim şansı çox az oldu. Bu kimi hallarda isə məğlubiyyət qaçılmazdır. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq".

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi U-17 yığması Avropa çempionatının I seçmə mərhələsində Serbiyaya 0:10, Lüksemburqa isə 0:3 hesabı ilə məğlub olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər