Braziliyanın "Santos" futbol komandasının hücumçusu Neymar "Formula-1" üzrə San-Paulu Qran-prisində diqqət mərkəzinə düşüb.
İdman.Biz UOL nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu noyabrın 8-də İnterlaqos avtodromunda keçirilən yarışın finişində damalı bayrağı dalğalandırıb.
Neymar bununla 71 dövrəlik yarışın başa çatması siqnalını verib.
Braziliyalı ulduz yarışdan əvvəl paddokda da olub. O, "Red Bull" komandasının pilotu Maks Ferstappenlə görüşərək ona "Santos"un formasını hədiyyə edib.
San-Paulu Qran-prisinin qalibi "Maklaren"in britaniyalı pilotu Lando Norris olub. O, 2025-ci ildən sonra İnterlaqosda ardıcıl ikinci qələbəsini qazanıb.
İkinci yeri Maks Ferstappen tutub. Onun "Red Bull"dakı komanda yoldaşı İsak Hacar isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Neymar əvvəllər də Braziliyada və Avropada keçirilən "Formula-1" yarışlarını izləyib.