top
Mayami Qran-prisinin MARAQLI STATİSTİKASI İdman.biz
07 may 2024, 09:14
- ↺ +

Mayami Qran-prisinin MARAQLI STATİSTİKASI

"Formula-1" Mayami Qran-prisi maraqlı hadisələrlə yadda qalıb.

İdman.biz f1news.ru-ya istinadən mərhələnin nəticələri əsasında maraqlı statistik məlumatları təqdim edir.

TƏSNİFAT
Mayamidə təsnifat mərhələsində qalib gələn Maks Ferstappen karyerasında 38-ci, mövsümdə altıncı və ardıcıl yeddinci poulunu qazanıb. Ayrton Senna, Alan Prost, Mixael Şumaxer və Luis Hamiltonun əvvəllər ardıcıl yeddi poulu olub. Ardıcıl səkkiz poul yalnız Sennanın hesabındadır.

Şarl Lekler Ciddədən sonra ilk dəfə təsnifatda ikinci olub və karyerasında 35-ci dəfə ön sıradan start götürüb.

Karlos Sayns təsnifatda üçüncü olub. O, Mayamidə hər yarışa ilk üçlükdə başlayan yeganə sürücüdür.

Lando Norrisin startda beşinci yeri "Maklaren"in Mayamidəki ən yüksək nəticəsidir.

Corc Rassel təsnifatda yeddinci, Luis Hamilton isə səkkizinci olub. İlk dəfə olaraq "Mercedes"in hər iki maşını Mayamidə təsnifatın finalına çıxarıb.

Niko Hülkenberq ardıcıl ikinci Qran-Pridə doqquzuncu olaraq start götürüb və komandasının cari mövsümdəki ən yaxşı nəticəsini təkrarlayıb.

Pyer Qaslinin 12-ci yeri "Alpin"in bu mövsüm ən yaxşı start mövqeyidir və o, bu il komanda yoldaşını ilk dəfə qabaqlayıb.

Fernando Alonso bu mövsüm ilk dəfə olaraq təsnifatın finalına keçə bilməyib.

Loqan Sarjentin 17-ci yeri bu mövsüm onun təsnifatda ən yaxşı nəticəsidir.

Kevin Maqnussen ardıcıl üçüncü dəfə təsnifatın birinci hissəsində yarışı tərk edib.

YARIŞ
Mayami Qran-prisini qazanmaqla Lando Norris "Formula-1"də ilk qələbəsini əldə edərək, bu siyahıda 114-cü Qran-pri qalibi və 21-ci britaniyalı olub. Bu, "Maklaren"in İtaliya-21-dən sonra ilk qələbəsidir.

Norris ilk qələbədən əvvəl fəxri kürsüdə finişlərin sayına görə (15) Patrik Depay, Jan Alezi, Mika Hakkinen və Eddi İrvaynla bərabərləşib.

İkinci yeri tutan Maks Ferstappen karyerasında 103-cü dəfə fəxri kürsüyə yüksələrək, bu göstəricidə Kimi Raykkonenə çatıb.

Şarl Lekler finişə üçüncü çataraq, karyerasında 33-cü dəfə və bu mövsüm üçüncü dəfə fəxri kürsüyə qalxıb. Bu il Lekler nə sprintlərdə, nə də Qran-pridə ilk dördlükdən kənarda qalmayıb.

Bu mövsüm ilk dəfə olaraq Luis Hamilton yarışı ilk altılıqda başa vurub. O, indi hər üç Mayami Qran-prisində altıncı yeri tutub.

Yeddinci yeri tutan Yuki Tsunoda bu mövsümdə özünün ən yaxşı nəticəsini təkrarlayıb.

Səkkizinci yer Corc Rasselin "Mercedes"də çıxış etdiyi vaxtda Mayamidə ən pis nəticəsidir.

Esteban Okonun onuncu yeri "Alpin"ə mövsümdə ilk xalını qazandırıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
30 sentyabr 2026, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
30 sentyabr 2026, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
30 sentyabr 2026, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
30 sentyabr 2026, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
30 sentyabr 2026, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
30 sentyabr 2026, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Oxşar xəbərlər