top
İlin könüllüsü Nigar Qurbanova: Formula 1 mənim üçün yaxşı məktəb oldu Idman.biz
07 avqust 2025, 11:10
- ↺ +

İlin könüllüsü Nigar Qurbanova: Formula 1 mənim üçün yaxşı məktəb oldu

2023-cü ildə Formula 1 üzrə Bakı Qran-Prisində ilin könüllüsü seçilmiş, hazırda Bakı Şəhər Halqasının media departamentində işləyən Nigar Qurbanovanın AZƏRTAC-a müsahibəsi

- Gəlin, lap əvvəldən başlayaq. Necə oldu ki, könüllü kimi Formula 1 yarışlarında iştirak etməyə qərar verdiniz?

- Formula 1-ə marağım çoxdan var idi. Lakin heç bir yerdə könüllü kimi fəaliyyət göstərməmişdim. Düşündüm ki, özümü sınayım. Bu, mənə yeni təcrübələr qazanmaq üçün çox kömək olacaqdı. Buna görə də Bakı Şəhər Halqasının açıqladığı qeydiyyatdan keçdim. Seçim turlarını uğurla adladım. Ardınca media transport komandasında yer aldım.

- Könüllü kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı yadda qalan anlarınız olub?

- Bildiyiniz kimi, Bakı Şəhər Halqası Formula 1 ilə yanaşı, fərqli beynəlxalq tədbirlər də keçirir. Mənim də hər tədbirlə bağlı xüsusi xatirələrim var. Ağlıma gələn ən maraqlı hadisə 2023-cü ildə Bakıda keçirilmiş "Rizin" döyüşündə baş verib. Orada qəfəsə çıxıb döyüşçünün dediklərini Azərbaycan dilinə tərcümə etmişdim. Minlərlə insanın qarşısında bunu etmək inanılmaz idi. Bu hadisə yaddaşımda hər zaman xoş xatirə olaraq qalacaq.

- Hətta bir dəfə ilin könüllüsü seçilmisiniz...

- İlin könüllüsü seçilmək mənim üçün sürpriz oldu. Bu adı daşımaq böyük qürurdur. Düzünü desəm, bu cür hədəfim də yox idi. Sonadək kimin seçiləcəyi məlum deyildi. Və 2023-cü ildə ilin könüllüsü oldum. Bu da mənim gələcək üçün atdığım addımlara kömək oldu.

- Bakı Şəhər Halqasında media departamentinə keçid necə baş verdi? Bu prosesdə könüllülük fəaliyyətinizin rolu oldumu?

- İlk könüllü təcrübəm media transport komandasında olmuşdu. Daha sonda digər tədbirlərə də dəvət aldım. Artıq tanınmağa başlamışdım. İşimə yaxşı qiymət verdilər. Ötən il keçirilən Formula 1 yarışından öncə ofis könüllüsü olaraq dəvət gəldi. Qran-Priyə az qalmış isə Bakı Şəhər Halqasının media şöbəsindən təklif aldım.

- Həm yerli, həm də xarici media nümayəndələri ilə işləmək necə təcrübədir?

- Mənim üçün çox gözəl təcrübədir. Hər zaman jurnalistlərlə işləmək maraqlı gəlib. Hətta deyərdim ki, könüllü olduğum zamanda qazandığım təcrübənin mənə çox faydası dəydi.

- Formula 1 kimi beynəlxalq tədbirdə işləmək məsuliyyət və stres baxımından necədir?

- Hər bir tədbirin özünəməxsus məsuliyyəti var. Könüllü olaraq media ilə daha çevik işləməlisən. Burada dil biliyi xüsusi önəm kəsb edir. Yerli və əcnəbilərlə əlaqəni yaxşı qurmaq vacibdir. Yadımdadır, media transport komandasında olanda fotoqraflar binaların damlarından kadrlar götürürdülər. Bəzən onlar yaxşı şəkillər çəkmək üçün qaydalara riayət etmirdilər. Bu zaman biz daha səbirli olmalı, qarşımızdakılarla yaxşı əlaqə qurmalıyıq.

- Gələcəkdə bu sahədə hansı hədəfləriniz var? Formula 1-dən başqa hansısa beynəlxalq idman tədbirlərində işləməyi düşünürsünüzmü?

- Bakı Şəhər Halqası və Formula 1 mənim üçün yaxşı məktəb oldu. UFC və Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında da iş başında oldum. Gələcəkdə ölkə xaricində olan yarışlarda da fəaliyyət göstərmək istəyirəm. Artıq özümü bu sahənin bir üzvü kimi hiss edirəm.

- Nüfuzlu yarışlarda könüllü kimi işləmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Yaxınlarıma da hər zaman deyirəm ki, hər gənc həyatında bir dəfə də olsa könüllü kimi fəaliyyət göstərməlidir. Gənclərə tövsiyəm budur ki, heç vaxt qorxmasınlar və özlərinə inansınlar. İşinizi sevdiyiniz zaman hər şey ideal olur.

- Formula 1 yarışlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Formula 1 Qran-Prisi markadır. Ölkəmizin imicinə yüksək səviyyədə təsiri olur. Könüllülər tərəfindən yanaşsaq, onlar üçün böyük təcrübədir. Məncə, bu gözəl fürsətdir və hər kəs bunu dəyərləndirməlidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Turan Tovuz Premier Liqada Sabahla qarşılaşacaq

Basketbol
Bu gün, 15:48

"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı bizdədir

Futbol
Bu gün, 15:47

Valdas Dambrauskas: "Özümü kitab mağazasında stadionda olduğu kimi hiss edirəm" - MÜSAHİBƏ

Futbol
Bu gün, 15:40

Real Madridin Mbappenin Mao Tszedunla bağlı fikirlərinə görə Çinə üzr xahişi

Boks
Bu gün, 15:37

ABF rəsmisi Nağı Səfərov: Boks yığmasının 4 qitə birinciliyində qazandığı 25 medala məmnuniyyət ifadə etdi;

Qarabağ FK
Bu gün, 15:32

Aleksey İsayev: Riad Rəfiyevdən ilk zəng məni Azərbaycanda ev tapmağa vadar etdi

Futbol
Bu gün, 15:11

Mbappe-nin açıqlamaları Real Madrid-i çətin vəziyyətə saldı

Futbol
Bu gün, 15:03

Bernard Lippert: “FIFA U‑15 Dünya Çempionatı Bakıdakı ilk belə tədbirdir”

Futbol
Bu gün, 15:00

Bavariya Rəsmi: Harry Keyn ilə müqavilə uzatmağa yaxın

Futbol
Bu gün, 14:55

Fənərbağça Dirk Kuytı müvəqqəti baş məşqçi təyin etdi

Qarabağ FK
Bu gün, 14:48

Aslan Kərimov: "FIFA U-15 turnirində çempionluq gözləməməli, əsas məqsəd gənclərin dar zonada inkişafıdır"

Futbol
Bu gün, 14:45

Çelsi Mateo Kovaçiçi üçün Mançester Sitidən geri qaytarmaq planlarını nəzərdən keçirir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Lisandro Martineslə yollarını ayırmağa hazırlanır

Basketbol
Bu gün, 14:33

"Sabah" Çempionlar Liqasını qazanandan sonra "Neftçi", "LANDAU Lions" və "Gəncə" FIBA Avropa Kubokunda ev oyunlarına hazırlaşır

Futbol
Bu gün, 14:19

Polşa mətbuatı "Sabah"ın polşalı müdafiəçisi T. Puxaçın karera yüksəlişindən "Azərbaycan - vədlər diyarı" kimi yazdı

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Oxşar xəbərlər