top
Formula 1 Azərbaycan Qran-prisinə Hazırlıqlar Sürətlənir Idman.biz
23 iyul 2025, 11:17
- ↺ +

Formula 1 Azərbaycan Qran-prisinə Hazırlıqlar Sürətlənir

Sentyabr 19-21-də Bakıda baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran-prisinə cəmi 2 ay qalır.

İdman.biz xəbər verir ki, yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayır.

Bakı Şəhər Halqası ilk dəfə 2016-cı ildə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yadda qalan anlara imza atıb. Azərbaycan Qran-prisi, təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.

Azərbaycan Qran-prisi ilk dəfə 2016-cı ildə "Avropa Qran-prisi" adı ilə baş tutub və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə Formula 1 azarkeşlərinin sevimli mərhələlərindən birinə çevrilib. Hər il Bakıda baş verən hadisələr bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.

2017-ci ildə "Ferrari"nin pilotu Sebastyan Fettel ilə "Mercedes"in sürücüsü Lüis Həmilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə şin partlaması səbəbilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Həmiltonun finişə bir neçə dövrə qalmış buraxdığı taktiki səhv bu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərmiş olub.

2023-cü ildə Bakı yarış həftəsonu yenilənmiş formatda təqdim olunub. Sprint yarışı və sıralama turu ayrı-ayrı günlərdə təşkili Bakı Qran-prisini mövsümdə fərqləndirən əsas mərhələlərdən birinə çevirdi. Həmin il "Red Bull" komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrilib.

Azərbaycan Qran-prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirə çevrilib. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Kris Braun, Enrike İqlesias, "The Black Eyed Peas", Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində on minlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.

Bu il keçiriləcək Qran-pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində - İçərişəhər, Azadlıq meydanı və Dənizkənarı bulvar kimi ərazilərdən keçən Bakı şəhər halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır. Azarkeşləri isə fan zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.

Yarışa cəmi iki ay qalır və artıq bütün diqqətlər yenidən Bakıya yönəlib. Dünyanın ən sürətli pilotları, ən güclü komandaları və milyonlarla tamaşaçı bir daha Azərbaycanın paytaxtında görüşəcək. Geri sayım başlayıb - Bakı bu payız yenidən Formula 1-in paytaxtına çevrilməyə hazırlaşır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:40

"Qarabağ" "Sabah"la oyundan sonra 6 min manat cərimə alıb

Futbol
Bu gün, 16:40

Xviça Kvaratsxeliyanın çarpaz bağları qopdu, əməliyyat edildi

Futbol
Bu gün, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Şahmat
Bu gün, 16:32

Murad İbrahimli “Shirvan Open 2026” beynəlxalq şahmat festivalının qalibi oldu

Futbol
Bu gün, 16:27

AFFA "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırdı

Digər
Bu gün, 16:23

"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

Qarabağ FK
Bu gün, 16:20

Ağdam klubi 'Sabah' matçında azarkeşlərin pis rəftarı səbəbindən 6 000 manat cərimələnib

Futbol
Bu gün, 16:20

Jadon Sancho İspaniya klubunun təklifini rədd etdi

Digər
Bu gün, 16:17

Azərbaycanda 95,3% qadın, 84% kişi idmanla məşğul olmur: Statistikaya əsaslanan araşdırma

Olimpiada
Bu gün, 16:14

Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq;

Cüdo
Bu gün, 16:02

Tofiq Musayev UFC yüngül çəkidə Rafael Fiziyevi reytinqdə üst keçdi

Futbol
Bu gün, 16:00

Turan Tovuz Premier Liqada Sabahla qarşılaşacaq

Futbol
Bu gün, 15:53

Qarabağ Kubokunun II təsnifat mərhələsində İmişli, Şamaxı və Şahdağ Qusar 1/8 finala yüksəldi

Basketbol
Bu gün, 15:48

"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı bizdədir

Futbol
Bu gün, 15:47

Valdas Dambrauskas: "Özümü kitab mağazasında stadionda olduğu kimi hiss edirəm" - MÜSAHİBƏ

Futbol
Bu gün, 15:40

Real Madridin Mbappenin Mao Tszedunla bağlı fikirlərinə görə Çinə üzr xahişi

Boks
Bu gün, 15:37

ABF rəsmisi Nağı Səfərov: Boks yığmasının 4 qitə birinciliyində qazandığı 25 medala məmnuniyyət ifadə etdi;

Qarabağ FK
Bu gün, 15:32

Aleksey İsayev: Riad Rəfiyevdən ilk zəng məni Azərbaycanda ev tapmağa vadar etdi

Futbol
Bu gün, 15:11

Mbappe-nin açıqlamaları Real Madrid-i çətin vəziyyətə saldı

Futbol
Bu gün, 15:03

Bernard Lippert: “FIFA U‑15 Dünya Çempionatı Bakıdakı ilk belə tədbirdir”

Futbol
Bu gün, 15:00

Bavariya Rəsmi: Harry Keyn ilə müqavilə uzatmağa yaxın

Futbol
Bu gün, 14:55

Fənərbağça Dirk Kuytı müvəqqəti baş məşqçi təyin etdi

Qarabağ FK
Bu gün, 14:48

Aslan Kərimov: "FIFA U-15 turnirində çempionluq gözləməməli, əsas məqsəd gənclərin dar zonada inkişafıdır"

Futbol
Bu gün, 14:45

Çelsi Mateo Kovaçiçi üçün Mançester Sitidən geri qaytarmaq planlarını nəzərdən keçirir

Oxşar xəbərlər