top
Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq Idman.biz
Bu gün, 12:33
- ↺ +

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının pilotları Lyuis Hemilton və Şarl Lekler arasında münasibətlər gərginləşib.

İdman.Biz İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, komanda yoldaşları arasında Meksika Qran-prisində baş verən insident Braziliya yarışından əvvəl də gündəmdə qalır.

Meksikadakı yarışın ilk dövrəsində Lekler Hemiltonu ötməyə çalışarkən hər iki pilot trasdan kənara çıxıb. Nəticədə Maks Ferstappen britaniyalını geridə qoyub, Lekler isə trası kəsdiyinə görə beş saniyəlik cəza alıb.

Yeddiqat dünya çempionu Hemilton komanda yoldaşının ona qarşı digər rəqiblərlə müqayisədə daha sərt mübarizə apardığını iddia edib.

Britaniyalı pilot bildirib ki, Lekler əvvəllər də Sebastyan Fettel və Karlos Saynsla komanda yoldaşı olarkən oxşar davranış nümayiş etdirib.

Vəziyyətin gərginləşməsindən sonra "Ferrari"nin rəhbəri Frederik Vasser məsələyə müdaxilə edib. O, hər iki pilotla görüşərək komandadaxili qaydaların dəyişməyəcəyini açıqlayıb.

"Onlar bir-birinə hörmət etməlidirlər. Hər ikisi mübariz pilotdur, lakin hər şeydən əvvəl komandaya, brendə və zavodda çalışan insanlara hörmət göstərməlidirlər", - deyə Vasser vurğulayıb.

Komanda rəhbəri Meksikadakı insident zamanı bolidlər arasında təmas olmadığını və hadisəyə verilən reaksiyanın həddindən artıq şişirdildiyini bildirib.

Vasserin sözlərinə görə, pilotların hər yarışda bir-birinə yaxın mövqelərdən start götürməsi aralarındakı rəqabəti daha da artırır.

Qeyd edək ki, "Ferrari" konstruktorlar çempionatında ikinci pillə uğrunda mübarizə aparır. Hemiltonla Lekler arasındakı qarşıdurma isə komandanın mövsümün son yarışlarında maksimum xal toplamaq hədəfinə mane ola bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Oxşar xəbərlər