top
Çingiz Mehdiyev: “Azad Rəhimovun oğlu gəlib hakim qarşısında cavab versin!” İdman.biz
18 noyabr 2024, 15:53
- ↺ +

Çingiz Mehdiyev: “Azad Rəhimovun oğlu gəlib hakim qarşısında cavab versin!”

"Formula 1"ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.

İdman.biz Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.

Onlardan birincisi isə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Rəhimov cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib.

Müttəhim hesab edir ki, Arif Rəhimovun onun gördüyü işlərin hamısından xəbəri var. Xaricdə yerləşən şirkətlərin ona aid olub-olmamasından məlumatlıdır. Onun vəkili bu məsələ ilə bağlı əsaslar sadalayaraq vəsatət qaldırıb.

"Arif Rəhimov şirkətin rəhbəri olub. "Formula 1" elə-belə yarış deyil. Yarışın təşkili üçün 150 milyon pul ayrılır. Belə olan halda rəhbər kimi dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi. Gəlsin hakim qarşısında cavab versin", - Çingiz Mehdiyevin vəkili Araz Hüseynli deyib.

Prokuror Orxan Səmədov vəsatətin təmin edilməsinə etiraz etməyib: "Hesab edirəm ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı nə isə qanunsuzluq olsaydı, istintaq vaxtı buna qiymət verilərdi. Amma sırf münasibətlərin aydınlaşdırılması üçün Arif Rəhimovun əlavə şahid kimi dindirilməsinə narazı deyilik".

Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər vəsatəti hələ ki baxılmamış saxlayıb. Qarşıdakı iclaslarda bununla bağlı qərar veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizatçısı Zaur Məlikaslanov, Çingiz Mehdiyevin müavini olmuş və hazırda Amerikada yaşayan Urfan Tağızadə bu iş üzrə şahid qismində tanınsalar da, məhkəməyə gəlmirlər. Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Qərarın icrası polisə həvalə edilib.

Daha sonra müdafiə tərəfi əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmədən xahiş edib. Vəsatətdə deyilir ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Amma həmin hesabat təqsirləndirilən şəxsə verilmir.

Vəkil məhkəmədən həmin hesabatın onlara təqdim olunmasında köməklik göstərilməsini istəyib. Hakim bu məsələyə də növbəti proseslərdə baxılacağını deyib.

Prosesin davamında sənədlərin tədqiqi başlayıb, təqsirləndirilən şəxs müxtəlif epizodlar üzrə sorğu-sual edilib.

Prokuror ondan Amerikaya köçdükdən sonra nəyə görə adını dəyişdiyini soruşub. Ç.Mehdiyev 2006-cı ildə şəxsi səbəbdən adını dəyişdiyini, bu işə aidiyyatı olmadığını deyib.

Növbəti iclas 16 dekabra təyin edilib.

Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkilinə ayrılmış 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Mehdiyev həbsdə deyil. Onun haqqında məhkəmənin sonuna kimi "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:16

PSJ “Bayer”in futbolçusunu transfer etmək istəyir

Digər
Bu gün, 22:14

“Kubok oyunlarına maraq az olsa da…” – Azər Məmmədov

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Digər
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşından təsirli sözlər: “Hər uğursuzluqdan sonra daha güclü qayıtdın”

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Oxşar xəbərlər