top
BŞH: Azərbaycan Qran-prisi ABŞ televiziya tarixində rekord baxış sayına çatdı Idman.biz
15 oktyabr 2025, 14:25
- +

BŞH: Azərbaycan Qran-prisi ABŞ televiziya tarixində rekord baxış sayına çatdı

"Digər maraqlı fakt ABŞ-da ESPN kanalının əsas yarışın canlı yayımı zamanı təxminən 1,1 milyon tamaşaçını cəlb etməsidir. Bu, Azərbaycan Qran-prisinin Amerika televiziya tarixində ən yüksək göstəricisidir".

Bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Milli Mətbuat katibi Arzu Hüseynova "Report"a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Bakıda növbəti dəfə "Formula-1" üzrə Azərbaycan Qran-prisi baş tutdu. Yarışla bağlı nə deyə bilərsiniz?

- Sentyabrın 19–21-i aralığında keçirilmiş "Formula-1" üzrə Azərbaycan Qran-prisi bir daha göstərdi ki, Bakı artıq dünya idman təqviminin ayrılmaz hissəsidir. Yarış doqquzuncu dəfə təşkil olundu və həm təşkilatçılıq, həm azarkeş marağı, həm də televiziya baxış göstəriciləri baxımından çox uğurlu keçdi. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen oldu. Onun ardınca Lando Norris ("Maklaren") və Karlos Sayns finiş xəttini keçdilər. Xüsusilə, Karlos Sayns üçün bu nəticə çox önəmli idi. O, "Williams" komandasına 2021-ci ildən sonra ilk podium sevincini yaşatdı və yarışdan sonra bunun "karyerasının ən dəyərli podiumu" olduğunu bildirdi. Eyni zamanda, mövsüm lideri Oskar Piastri (Maklaren) Azərbaycan Qran-prisində ilk dəfə xal qazana bilmədi və finişə belə çatmadı. Bu da bir daha göstərir ki, Bakı mərhələsində nəticələri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

- Yarışın doqquzuncu dəfə Bakıda keçirildiyini söylədiniz. Budəfəki turnir digərlərindən nə ilə fərqləndi?

- Builki Azərbaycan Qran-prisi əvvəlkilərdən bir neçə cəhətə görə fərqləndi. Ən önəmli məqamlardan biri azarkeş marağının rekord səviyyəyə çatmasıdır. Tribunalar ümumilikdə 20 mindən çox oturacaq ilə təmin edilmişdi və əlavə olaraq iki yeni tribuna inşa olundu ki, azarkeşlər üçün yarış daha əlçatan olsun. Yarış həftəsi ərzində fan zonaları quruldu, konsertlər və interaktiv tədbirlər təşkil edildi. Ümumilikdə dörd gün ərzində 90 min iştirak qeydə alınıb ki, bu rəqəm həm yarışları, həm fan-zonada və tədbirlərdə iştirak edənləri əhatə edir. Bundan əlavə, Azərbaycana 14 mindən çox turist gəldi ki, bu da tədbirin beynəlxalq çəkisini və ölkəmizə olan marağı bir daha göstərir.

- Təşkilatçılıqla bağlı fikirlərinizi öyrənmək istərdik. Komandaların nümayəndələri və azarkeşlərin Azərbaycan Qran-prisi ilə bağlı düşüncələri necədir?

- Ümumilikdə həm "Formula-1" rəhbərliyi, həm Beynəlxalq Avtomobil Federasiyası (FIA), həm də komandaların nümayəndələri təşkilatçılığı, Bakı Şəhər Halqasının infrastrukturunu, təhlükəsizlik tədbirlərini və azarkeş xidmətlərini çox müsbət qiymətləndirirlər. Bunu hər tədbirdən sonra "Formula-1" tərəfindən təqdim olunan sorğunun nəticələri sübut edir. Xarici medianın marağı bu il əhəmiyyətli dərəcədə artmışdı. Ümumilikdə isə təxminən 300 yerli və xarici media nümayəndəsi yarışı yerində işıqlandırıb. Digər maraqlı fakt ABŞ-da ESPN kanalının əsas yarışın canlı yayımı zamanı təxminən 1,1 milyon tamaşaçını cəlb etməsidir. Bu, Azərbaycan Qran-prisinin Amerika televiziya tarixində ən yüksək göstəricisidir. Şənbə günü baş tutan sıralama turu xüsusi qeyd olunmağa layiqdir. "Formula-1" tarixində ilk dəfə olaraq sıralama turu altı dəfə qırmızı bayraqlarla dayandırıldı, sessiyanın tez-tez dayanmasına səbəb ardıcıl baş verən qəzalar idi. Bu da, əlbəttə ki, medianın böyük marağına səbəb oldu. Yarış həftəsi boyunca azarkeşlər üçün əlavə tədbirlər təşkil olundu. "Ferrari" komandasının pilotlarının Teymur Rəcəbovla şahmat oyunu, "Alpine", "Red Bull" komandalarının milli mətbəximizlə tanışlığı uzun müddət sosial medianın gündəmindən çıxmadı.

- "Formula-1" rəhbərliyi müqavilə müddətini 2030-cu ilədək artırdı. Qarşıdakı illərdə təşkilatçılıq baxımından hansı yeniliklər planlaşdırılır?

- Müqavilənin 2030-cu ilə qədər uzadılması Azərbaycanın "Formula-1" ailəsindəki etibarlı mövqeyini göstərir. Qarşıdakı illərdə əsas məqsəd azarkeş təcrübəsini daha da zənginləşdirmək, paytaxtımızda "Formula-1" atmosferini gücləndirmək və yarış həftəsini daha interaktiv etməkdir. Eyni zamanda, təşkilatçılıqda dayanıqlılıq və ekoloji təşəbbüslər prioritet olacaq – tullantıların azaldılması, enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqi planlaşdırılır. Könüllülər proqramının miqyası genişləndiriləcək və logistik proseslərdə yeni texnoloji həllər tətbiq olunacaq.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 12:13

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun ikinci mərhələsi

Güləş
Bu gün, 11:58

Qubada ikinci Gilas Yarımarafonu keçirilib

Futbol
Bu gün, 11:28

Azərbaycan futbolçusu Ozan Can Kökçü “Vanspor”la iki illik müqavilə imzalayıb

Futbol
Bu gün, 11:28

Azərbaycan millisinin futbolçusu “Vanspor”la iki illik müqavilə imzalayıb

Futbol
Bu gün, 10:40

Tottenhem Sandro Tonali transferi ilə maraqlanır

Futbol
Bu gün, 10:28

Vozinya: Bir oyunla 50 mindən 5,5 milyona

Futbol
Bu gün, 10:20

Ozan Can Kökçü Tərkiyədə karyerasına davam edir

Qarabağ FK
Bu gün, 10:15

Avropa Liqasının püşkatması: Qarabağın rəqibi məlum olacaq

Futbol
Bu gün, 10:06

Sabahın ÇL-də rəqibi müəyyənləşəcək

Futbol
Bu gün, 09:40

DÇ-2026: I və J qrupunda bu günün oyunları

Futbol
Bu gün, 09:35

DÇ-2026-da altıncı gün: Fransa və Argentina qarşılaşır

Futbol
Bu gün, 09:20

Sabahın UEFA Çempionlar Liqası Rəqibi Müəyyənləşəcək

Futbol
Bu gün, 09:00

Qalatasaray "Şaxtyor"un iki futbolçusuna maraq dairəsində

Futbol
Bu gün, 08:19

Mourinyo Feliks Nmeçanı “Real”a gətirmək istəyir

Futbol
Bu gün, 08:02

DÇ-2026: İran və Yeni Zelandiya 2:2 hesablı heç-heçə etdi

Futbol
Bu gün, 07:58

Səudiyyə Ərəbistanı və Uruqvay 1:1 hesabı ilə barışdı

Futbol
Bu gün, 07:30

Pyer Saj "Kristal Pelas"ın baş məşqçisi təyin olunub

Futbol
Bu gün, 07:27

DÇ-2026: İran və Yeni Zelandiya 2:2 hesabı ilə ayrılıb

Futbol
Bu gün, 07:15

2026-cı il dünya çempionatının əsas favoriti açıqlanıb

Futbol
Bu gün, 07:04

DÇ-2026: İran mundiala heç-heçə ilə başlayıb

Futbol
Bu gün, 06:46

DÇ-2026: Tunis millisi yeni baş məşqçisi ilə ikinci oyuna çıxa bilər

Futbol
Bu gün, 05:22

Effenberq Kloppun Nagelsmann haqqındakı sözlərinə görə tənqid edib

Futbol
Bu gün, 05:08

DÇ-2026: Neymar Haiti ilə oyunu da buraxacaq

Futbol
Bu gün, 04:14

“Barselona” Kukurelyanın “Real”a satışından 1.35 milyon avro qazanacaq

Oxşar xəbərlər