top
Bakı Şəhər Halqası: Yerli mütəxəssislər, hazırlıq prosesi və tamaşaçı marağı – MÜSAHİBƏ Idman.biz
01 iyul 2025, 16:57
- +

Bakı Şəhər Halqası: Yerli mütəxəssislər, hazırlıq prosesi və tamaşaçı marağı – MÜSAHİBƏ

"Əvvəllər xarici şirkətlər və ekspertlər tədbirin təşkili prosesinə cəlb olunurdular, amma son iki ildə bu iş tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir".

İdman.biz xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova deyib.

O, eyni zamanda, tamaşaçı marağından, belə böyük tədbirin hazırlıq prosesindən, yeni mövsümdə Azərbaycanda keçiriləcək "Formula-1" Qran-prisində azarkeşləri gözləyən yeniliklərdən də danışıb. Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Qran-Prisi artıq neçə ildir ki, Bakıda keçirilir. Bu tədbiri sadəcə idman yarışı adlandırmaq olarmı?

- Əsla. Azərbaycan Qran-prisi təkcə "Formula-1" təqviminin bir mərhələsi deyil - bu, Bakını dünya avtoidman xəritəsinin mərkəzinə çevirən nəhəng bir layihədir. Yarış hər il şəhərimizin küçələrini unikal tras formasına salır - burada həm dənizkənarı bulvar, həm də İçərişəhərin dar və döngəli yolları yer alır. Bakı trası "Formula-1"də ən sürətli şəhər traslarından biridir - bəzi hissələrdə bolidlər saatda 300 km-dən çox sürətlə hərəkət edir. "Bakı sindromu" elə belə deyilməyib, hər il yarış gözlənilməz nəticə ilə yadda qalır. Həmçinin bu tras dünya üzrə həm ən uzun düzlüyə, həm də ən dar döngələrdən birinə sahib olan nadir konfiqurasiyalardan sayılır. Bu yarış həm sürət, həm də şəhərin texniki bacarıq və təşkilatçılıq səviyyəsinin bariz nümunəsidir.

- Bu il hazırlıq prosesinin daha erkəndən başladığının şahidi oluruq. Belə böyük tədbirin hazırlanması necə həyata keçirilir?

- Doğru qeyd etdiniz. Hazırlıq işlərinə daha erkən başlanılıb. Məsələn, paddok ötən il COP 29 tədbiri ərəfəsində sökülüb və çox qısa zamanda yenidən quraşdırılıb. Həmçinin Azərbaycan Qran-prisinə artan maraq səbəbindən yeni tribunalar qurulduğu üçün tikinti və quraşdırma işlərinə daha erkəndən start verildi.

Bu prosesdə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətinə minimum narahatlıq yaratmaq əsas prioritetdir. İşlərin böyük hissəsi gecə saatlarında aparılır ki, şəhər sakinlərinə və nəqliyyat vasitələrinə maneə olmasın.

Yarışa hazırlıq və söküntü mərhələsində 2 162 nəfər - mühəndis, montajçı, logist və digər texniki heyət üzvləri çalışırlar. İşlər 24 saat, həftənin yeddi günü davam edir. Yarış həftəsində isə insan resursu daha da artır, 1 500 təşkilatçı əməkdaş, 2 000 könüllü və 1 400 marşal tədbirin uğurlu keçirilməsində iştirak edir.

Maraqlı bir faktı da diqqətinizə çatdırım: əvvəllər xarici şirkətlər və ekspertlər tədbirin təşkili prosesinə cəlb olunurdular, amma son iki ildə bu iş tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Hətta azərbaycanlı mütəxəssislər fərqli ölkələrdə keçirilən Qran-prilərə ekspert kimi dəvət olunurlar. Bu, ölkəmizin bu sahədəki peşəkarlıq səviyyəsinin yüksəlməsini bir daha təsdiq edir.

- Yarış zamanı şəhər sakinlərinin gündəlik həyatı necə təsirlənir? Bakı Şəhər Halqası bu istiqamətdə nə kimi tədbirlər görür?

- Bizim məqsədimiz şəhər həyatına minimum təsir göstərmək və yarış təcrübəsinə maksimum töhfə verməkdir. 2023-cü ildən etibarən yarış həftəsində əsas yollar səhər və axşam saatlarında qismən açıq saxlanılır. 2024-cü ildə nəqliyyat koridorlarının sayı 2-dən 5-ə yüksəlib və istifadə edən sürücülərin sayı 30% artıb. 2025-ci ildə isə bu göstəricinin əlavə 30% artması gözlənilir.

Yarışdan sonra şəhərin infrastrukturu sürətlə bərpa olunur. 2024-cü ildə yarış bitdikdən cəmi 16 saat sonra qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və ertəsi gün saat 13:00-da şəhər, demək olar ki, əvvəlki ritminə qayıdıb. Bu, "Formula-1" üzrə yarışlar arasında ən sürətli bərpa göstəricilərindən biridir və hətta Las-Veqas və Sinqapurdan da sürətlidir.

Tribunalara gəlincə, onların sökülməsi hava şəraitindən asılı olaraq 4-5 həftə, digər texniki qurğuların sökülməsi isə 5-7 həftə ərzində tamamlanır.

Bunun reallaşması Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumlarının sıx əməkdaşlığı sayəsində mümkün olur.

Onu da əlavə edim ki, hazırlıq işlərini sürətləndirmək məqsədilə istifadə edilən "Geobrugg" istehsallı yeni baryer sistemləri nəticəsində trasın hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib. Bu texnologiyaların payı 2025-ci ildə daha da artırılacaq.

- Tamaşaçı marağı barədə nə deyə bilərsiniz?

- 2024-cü il həm yarış, həm də ölkəmiz üçün son dərəcə uğurlu oldu. Rəsmi "Formula-1" statistikasına əsasən, Azərbaycan Qran-prisini 87 milyona yaxın tamaşaçı canlı izləyib. Sosial mediada yarışla bağlı paylaşımlar 3.9 milyard insana çatıb ki, bu da bizim üçün rekord göstəricidir. Bakıya gələn tamaşaçıların 77%-i xarici vətəndaş idi. Sorğuya əsasən, onlar Bakıda ortalama 5 gecə qonaqlayıblar. Daha da önəmlisi - azarkeşlərin 55%-i Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə, 72%-i isə növbəti iki il ərzində yenidən gəlməyə hazır olduğunu bildirib.

Bu artan maraq fonunda 2025-ci ildə iki yeni tribuna inşa olunacaq və ümumi tamaşaçı tutumu 20 000 nəfəri ötəcək. Bu, Bakının "Formula-1" xəritəsindəki mövqeyini daha da gücləndirəcək.

- Bu il azarkeşləri nə kimi yeniliklər gözləyir?

- Azərbaycan Qran-prisi artıq sadəcə yarış deyil, tam bir təcrübə və əyləncə festivalına çevrilib. Bu il 4 günlük bileti olan azarkeşlər yarışları izləməklə yanaşı, konsert proqramlarında da iştirak edə, fan zonalarda əylənə biləcəklər. Yarış həftəsonuna qatılan Martin Qarriks və Anima dünyasəviyyəli elektron musiqi ulduzlarıdır. Martin Qarriks - hitləri milyonlarla dinlənilən EDM və "Progressive House" janrının aparıcı siması, Anyma isə innovativ və futuristik səsləri ilə tanınan yeni nəsil prodüser və DJ-dir.

Azarkeşlər sürət, əyləncə və canlı musiqini bir yerdə yaşayacaqlar. Bakı yarışı hər il daha çox insanı cəlb edir və bu səbəbdən biletləri vaxtında əldə etmək tövsiyə olunur. Biletləri ən rahat şəkildə "Baku City Circuit" mobil tətbiqi üzərindən və rəsmi satış məntəqələrindən əldə etmək olar.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

Renat Dadaşov cəzalı olduğu üçün "Motor"un "Zaqlembe" ilə matçında iştirak etməyəcək

Futbol
Bu gün, 15:16

2026/2027 mövsümü Azərbaycan liqalarında istifadə olunacaq toplar açıqlandı: "Adidas Trionda", "Fussballiebe" və "Adidas Tiro Pro"

Futbol
Bu gün, 15:00

"Kəpəz" - "Qarabağ": Oyun Başladı və Heyətlər

Voleybol
Bu gün, 14:59

"Azərreyl" ölkə çempionluğunu qorumaq üçün mübarizə aparacaq – Maryoleyn Oskamın Açıqlaması

Futbol
Bu gün, 14:55

Yuri Tilemans "Aston Villa"da qalmaq niyyətindədir

Olimpiada
Bu gün, 14:39

Əli Vəliyev Barselona Paraüzgüçülük Dünya Seriyasında gümüş medal qazandı

Futbol
Bu gün, 14:30

FİFA prezidenti bütün komandaların, o cümlədən İranın mundialda iştirakına ümid edir

Cüdo
Bu gün, 14:21

Turan Bayramov Tbilisidə "Böyük Dəbilqə" turnirinin finalında!

Futbol
Bu gün, 14:03

"Kəpəz" - "Qarabağ" oyunu: Heyətlər və oyun öncəsi

Futbol
Bu gün, 14:00

Badalo "Sabah"a məğlubiyyətdən və Abdullazadə ilə gərginlikdən danışdı

Futbol
Bu gün, 13:38

Azərbaycan millisinin "FIFA Series – 2026" turniri üçün heyəti açıqlanıb

Futbol
Bu gün, 13:37

Braziliyada futbol roliklərlə oynanılır: Yeni əyləncə növü

Futbol
Bu gün, 13:30

Elşən Abdullayev "Cəbrayıl"a vurduğu qolun "Ayın qolu" seçilməsindən danışdı

Futbol
Bu gün, 13:30

Asim Xudiyev UEFA təyinatı ilə Niderlanda səfər edəcək

Futbol
Bu gün, 13:00

Zlatan İbrahimoviç DÇ-2026-da "Fox Sports"da ekspert olacaq

Futbol
Bu gün, 12:30

"Mançester Yunayted" və "Real" Bruno Gimaraynş üçün transfer mübarizəsinə qoşulub

Futbol
Bu gün, 12:16

"Sumqayıt"lı futbolçu Sedrik Badalo milli komandanın dəvətini qəbul etmədi

Futbol
Bu gün, 12:16

Asim Xudiyev U-19 Avropa Çempionatının Seçmə Oyunlarına Təyinat Alıb

Futbol
Bu gün, 12:15

"Sumqayıt"ın futbolçusu Sedrik Badalo milli dəvəti qəbul etmədi

Güləş
Bu gün, 12:14

Hacı Əliyev: "Papaqatdıda da uğur qazanmağa çalışmışam"

Basketbol
Bu gün, 12:11

Azərbaycanın 14 yaşadək basketbolçulardan ibarət millisi Türkiyədə bürünc medal qazanıb

Futbol
Bu gün, 12:00

"Kəpəz" - "Qarabağ": 24 illik səfər kabusu davam edir

Futbol
Bu gün, 11:30

FİFA qadın milli komandalarında məşqçi heyətində qadınların iştirakını tələb edir

Futbol
Bu gün, 11:10

Kamilo Duran Kolumbiya yığmasının heyətində yer almayıb

Oxşar xəbərlər