top
Azərbaycan dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına həsr olunmuş Fransadakı beynəlxalq konfransda təmsil olunub Report.az
Yesterday, 12:03
- +

Azərbaycan dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına həsr olunmuş Fransadakı beynəlxalq konfransda təmsil olunub

Azərbaycan Fransada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına həsr olunmuş beynəlxalq konfransda təmsil olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (WADA) birgə təşkilatçılığı ilə Parisdəki "Stade Jean Bouin"də "Avropada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması: Ortaq məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda ölkəmizi AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın əsas məqsədi dopinq maddələrinin idmanda və idmandankənar mühitdə, xüsusilə rekreativ idman, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə yayılmasının qarşısının alınması üzrə mövcud çağırışları və mümkün həll yollarını müzakirə etmək olub.

Tədbirin proqramında dopinq maddələrinin əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, həvəskar idmanda dopinq istifadəsinə təsir edən amillər, ictimai sağlamlıq riskləri, saxtalaşdırılmış və qeyri-qanuni məhsulların dövriyyəsi, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, farmasevtik nəzarət, rəqəmsal platformaların məsuliyyəti və milli səviyyədə koordinasiya mexanizmləri kimi mövzular yer alıb.

Konfrans çərçivəsində Avropa Şurası, WADA, "İnterpol", UNESCO, Beynəlxalq Olimpiya Komitəsi, milli antidopinq təşkilatları, dərman vasitələri üzrə tənzimləyici qurumlar, hüquq-mühafizə orqanları, laboratoriyalar, gömrük strukturları və digər beynəlxalq tərəfdaşların nümayəndələri dopinq maddələrinin qanunsuz dövriyyəsinə qarşı daha səmərəli və əlaqələndirilmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə dopinq maddələrinin əlçatanlığının yalnız idman dürüstlüyünə deyil, həm də ictimai sağlamlığa, istehlakçı təhlükəsizliyinə və gənclərin sağlam həyat tərzinə təsir edən kompleks problem kimi qiymətləndirilməsinə xüsusi diqqət yönəldilib. Müzakirələr zamanı dopinq maddələrinin bəzən qida əlavələri, həyat tərzi məhsulları və ya performansı artıran vasitələr kimi təqdim olunmasının ciddi sağlamlıq riskləri yaratdığı vurğulanıb.

Konfransın ikinci hissəsində "Tələbin azaldılması və maarifləndirmə", "Keyfiyyət və təchizat nəzarəti, sağlamlığın qorunması", "Aşkarlanma və hüquq-mühafizə tədbirləri", eləcə də "Koordinasiya və idarəetmə" mövzuları üzrə interaktiv seminarlar təşkil olunub.

AMADA nümayəndə heyəti "Koordinasiya və idarəetmə" istiqaməti üzrə müzakirələrə qatılaraq, dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması üçün milli səviyyədə qurumlararası əməkdaşlığın, müvafiq dövlət orqanları arasında məlumat mübadiləsinin önəmi ilə bağlı fikir mübadiləsində iştirak edib.

Yekunda interaktiv seminarların nəticələri ümumiləşdirilib və dopinq maddələrinin yayılmasının qarşısının alınması üçün birgə məsuliyyət, davamlı əməkdaşlıq və çoxsektorlu yanaşmanın vacibliyi vurğulanıb.

Qarabağ FK

Latest news

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycanın qadın voleybol millisinin Avropa Liqası üçün heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 voleybolçulu heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Baş məşqçi Faiq Qarayev Azərbaycan millisinin Avropa Liqası üçün 14 voleybolçudan ibarət yekun heyətini açıqladı

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycan qadın millisinin Avropa Liqası üçün 14 voleybolçudan ibarət yekun heyətini açıqladı

Volleyball
Yesterday, 15:24

Azərbaycan qadın voleybol millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlandı

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlanıb

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycan millisinin Avropa Liqası üçün 14 voleybolçudan ibarət heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlanıb

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycanın qadın voleybol millisinin Avropa Liqası üçün yekun heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlandı

Volleyball
Yesterday, 15:24

Azərbaycan qadın voleybol millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb: Oyunçuların adları və ilk rəqiblər

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlandı

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlanıb

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyətini açıqladı

Volleyball
Yesterday, 15:24

Baş məşqçi Faiq Qarayev qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlanıb

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti bəlli oldu

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycan millisinin Avropa Liqası üçün 14 voleybolçudan ibarət heyətini açıqlayıb

Volleyball
Yesterday, 15:24

Azərbaycan qadın voleybol millisinin Avropa Liqası üçün yekun heyəti açıqlandı

Volleyball
Yesterday, 15:24

Faiq Qarayev Azərbaycan qadın voleybol millisinin Avropa Liqası üçün 14 nəfərlik heyətini açıqladı

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti və Bakıdakı ilk oyunlarının təqvimi açıqlanıb

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlandı

Volleyball
Yesterday, 15:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün 14 nəfərlik yekun heyəti açıqlanıb

Related news