top
Tərlan Həsənov Hidayət Heydərovun dünya çempionatına hazırlığına diqqət çəkib Report.az
21 April 2026, 13:17
- ↺ +

Tərlan Həsənov Hidayət Heydərovun dünya çempionatına hazırlığına diqqət çəkib

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bu il Bakıda keçiriləcək dünya çempionatına daha ciddi hazırlamalıdır.

Bu barədə "Report"a əməkdar məşqçi Tərlan Həsənov açıqlama verib.

Təcrübəli mütəxəssis olimpiya çempionunun Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Hidayətin bu yarışda səhv etdiyini düşünmürəm. Dünya çempionatına daha ciddi hazırlaşmalıdır. Yavaş-yavaş formaya düşür. Gürcüstanda çempion da ola bilərdi. Finalda üz-üzə gəldiyi Laşa Şavdatuaşvili üçqat olimpiya mükafatçısıdır. Dünya və Avropa çempionatlarında da qızıl medal qazanıb. Gürcüstanın əfsanəvi idmançısıdır. Final görüşü bərabər səviyyədə keçirdi. Hidayət ondan zəif deyildi. Hücumlar da bərabər səviyyədə oldu. Hətta yerdə, "nevaza"da Hidayət daha fəal idi. Nədənsə, hakimlər birinci və ikinci xəbərdarlığı cüdoçumuza verdilər. Buna baxmayaraq, hücumda fəal idi. Hesab edirəm ki, "qızıl xal" bölümündə hər ikisində iki xəbərdarlıq olmalı idi. Amma Hidayətə üçüncü verildi. Hidayət həmişə rəqibi yormaq istəyir. Fənd ata bilməyəndə, üçüncü xəbərdarlığı rəqibə aldırmaq istəyir. Burada belə olmadı. Onun taktikasını hakimlər pozdular. Hidayət beşinci dəfə Avropa çempionu olacağına söz vermişdi".

T.Həsənov bürünc medal qazanan Turan Bayramovun (66 kq) çox yaxşı güləşdiyini bildirib:

"Rusiya təmsilçisi ilə dueldə öndə olsa da, xırda səhvə yol verdi. Daha əvvəl 60 kq-da mübarizə aparıb. Bu çəkidə, demək olar ki, ikinci yarışı idi. Onun da bürünc medalını yüksək qiymətləndirirəm. Əhməd Yusifov (60 kq) bürünc medal görüşündə Balabəy Ağayevi məğlub edərək üçüncü yeri tutdu. Məncə, Balabəy Giorgi Sardalaşvili (Gürcüstan) ilə dueldə fənd atmaq istəyəndə rəqib yıxılandan sonra ayağını ilişdirdi. Gürcü idmançıya qələbə verdilər. Məncə, burada da insafsızlıq oldu. Yoxsa iki qızıl medal qazana bilərdik. Zelim Kotsoyev (100 kq) Simeon Katarina (Niderland) ilə bərabər səviyyədə güləşirdi. Rəqibi saxlamaq istəyəndə qolu qatlandı. Zelim onun qolunu buraxmadı, o vəziyyətə görə ona "hansoku-make" verdilər ki, qolu sına bilər. Bunu hakimin səhvi hesab etmirəm. Hidayətin final görüşündə də rəqib qola təzyiq etmişdi. Amma xəbərdarlıq almamışdı. Belə epizodlar oldu. Yarış Gürcüstanda keçirildi, onların idmançıları həqiqətən çox güclüdürlər. Bu o demək deyil ki, onlara qalib gələ bilmirik. Daha əvvəl müxtəlif yarışlarda onları üstələmişik. Hidayət Heydərov dəfələrlə finalda uduzduğu rəqibinə qalib gəlib".

Əməkdar məşqçi cüdonun Gürcüstanda populyar olduğunu sözlərinə əlavə edib:

"Onların kişi cüdoçuları Yaponiya təmsilçiləri ilə ayaqlaşırlar. Bu ölkədə çidaoba milli güləş növü var. Cüdoya yaxın güləşdir. Gürcüstanın hər kiçik kəndində uşaqlar bununla məşğul olur və daha sonra cüdoya keçirlər. Mən əsgərlikdə olan görmüşdüm, idmançı olmasalar belə, hamısı güləşməyi bacarırdı. Bütün dünya bilir ki, cüdo Gürcüstanda çox populyardır. Avropa çempionatının medal görüşlərində tribunlar dolu idi. Müxtəlif kəndlərdən belə gələnlər var idi. Bakıda dünya çempionatı olanda rayondan çox az adam gəlir. Əksəriyyəti paytaxtda yaşayanlardır. Tbilisidə isə gənclərlə birlikdə yaşlılar da gəlmişdi".

Xatırladaq ki, Azərbaycan Avropa çempionatını dörd medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Basketball
Today, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Qarabagh FC
Today, 14:29

"Qarabağ" 15 il ərzində ilk dəfə üç ardıcıl matçda qolsuz qaldı

Football
Today, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Football
Today, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Others
Today, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Football
Today, 10:12

Mançester Yunayted 40 ildən sonra yenidən antirekordunu təkrarladı

Qarabagh FC
Today, 09:00

Zəfər turu: İmişli Sumqayıtı, Sabah Şamaxını qarşılayacaq

Football
Today, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Football
Today, 04:04

Real Madrid 2022-ci ildən bəri ilk dəfə 8 oyunlu qələbə seriyası

Football
Today, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib

Formula 1
Today, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Qarabagh FC
Yesterday, 18:21

Premyer Liqasında Şəfa və Araz‑Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Minifootball
Yesterday, 16:28

ADSEA Qələbə Elde Etdi: 'Zəfər Kuboku' Minifutbol Turnirinin Qalibləri Müəyyənləşdi

Football
Yesterday, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Qarabagh FC
Yesterday, 14:15

U-21 Milli Yığmasının 24 nəfərlik heyəti təlim toplanışı üçün müəyyənləşdi

Judo
Yesterday, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Gymnastics
Yesterday, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Basketball
Yesterday, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Gymnastics
Yesterday, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Football
Yesterday, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb

Football
Yesterday, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi

Qarabagh FC
06 November 2026, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Football
06 November 2026, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Others
06 November 2026, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Related news