top
Tbilisi 2024: Balabəy Ağayev yarımfinalda, digər cüdoçulardan qələbələr və məğlubiyyətlər - YENİLƏNİB-6 Report.az
16 April 2026, 13:01
- +

Tbilisi 2024: Balabəy Ağayev yarımfinalda, digər cüdoçulardan qələbələr və məğlubiyyətlər - YENİLƏNİB-6

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı 1/4 finalda Dilşot Xalmatova qalib gəlib.

12:49

Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.

Leyla Əliyeva (52 kq) eyni mərhələdə Odette Qiuffridaya (İtaliya), Könül Əliyeva (48 kq) isə Laura Martines Abelendaya (İspaniya) uduzub.

1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan Bayramov (66 kq) təsəlliverici görüşə qatılacaq.

12:14

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ikinci qələbəsini qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini məğlub edib.

Daha əvvəl Nikolas Kuntseni (Almaniya) üstələyən T.Bayramov 1/4 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı Reko Ruppa uduzub.

11:51

Azərbaycanın daha üç cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb.

Əhməd Yusifov (60 kq) eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib.

Turan Bayramov (66 kq) isə 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:26

Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:02

Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.

Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

10:52

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib.

Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxır. Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Balabəy Ağayev Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb - YENİLƏNİB-6 Balabəy Ağayev Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb - YENİLƏNİB-6

Qarabağ FK

Latest news

Chess
Today, 16:30

Bakıda keçirilən beynəlxalq Şahmat turnirləri Azərbaycanlılar üçün uğurla başa çatıb

Qarabagh FC
Today, 16:23

Qarabakh FC is ready for the European League - sent to play with Vestri in Iceland

Others
Today, 16:00

2.1 million manat allocated for repair of Khankendi city stadium

Others
Today, 15:51

Azərbaycan kamandan oxatanları Avropa gənclər çempionatında iştirak edəcəklər

Football
Today, 15:45

"Xankəndi" football club parted ways with three players

Football
Today, 15:40

Spanish coach: We have found a way to stop France

Football
Today, 15:13

Fransa millisinin futbolçusu Luka Din PSJ ilə üçillik müqavilə imzalayacaq

Football
Today, 14:57

AFFA UEFA B məşqçilik kursuna müraciətlər qəbul olunur

Football
Today, 14:40

Liverpool's new coach spoke about transfer plans

Football
Today, 12:40

Al-Ahli transfers Francisco Trincão

Football
Today, 12:22

Norwegian footballer attends king's reception in slippers

Football
Today, 11:40

Aston Villa are looking for a replacement for Digne

Football
Today, 11:35

Bayıl stadionunda yenidənqurma işləri yekunlaşdırılır

Basketball
Today, 11:22

Azerbaijan's youth basketball team to face Ireland

Wrestling
Today, 11:05

Azərbaycan güləşçiləri Budapeştdə keçiriləcək reytinq turnirində iştirak edəcəklər

Football
Today, 10:24

New Transfer to Imishli FK: Yusif Imanov

Football
Today, 09:51

WC-2026: France and Spain to meet in semifinals for final

Football
Today, 09:30

Lamal confident against France: 'I will congratulate myself on victory'

Football
Today, 09:24

Futbol üzrə Dünya Çempionatında yarımfinal mərhələsi

Football
Today, 09:20

Sabah to face TNS in Champions League

Football
Today, 09:08

"İmişli" klubu Yusif İmanovu transfer edib

Football
Today, 09:08

Andrea Pirlo is a candidate to become the head coach of the Italian national team

Football
Today, 08:20

Loi Openda's departure from Juventus

Football
Today, 08:13

Atalanta are preparing to complete the transfer of Karim-Sem Alyabeić

Related news