Azərbaycanın cüdo millisi Gürcüstanda keçiriləcək Avropa çempionatına ciddi hazırlaşır.
"Report"un məlumatına görə, bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman jurnalistlərə açıqlamasında deyib.
Almaniyalı mütəxəssis Tbilisi şəhərində keçiriləcək qitə birinciliyi ilə bağlı fikirlərini bölüşüb:
"Yarışa az qalıb. Komandanın hazırlığı istədiyimiz səviyyədədir. Gürcüstanda da yaxşı təlim-məşq topıanışı keçmişdik. Əlbəyaxa döyüş növləri olduğu üçün burada zədələr qaçınılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayev zədəyə görə Avropa çempionatından kənarda qalacaq".
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.