top
Natiq Bağırov: Avropa Çempionatında cüdoçularımızın nəticələri yaxşıdır, qızıl medal şansı da var idi Report.az
19 April 2026, 16:35
- ↺ +

Natiq Bağırov: Avropa Çempionatında cüdoçularımızın nəticələri yaxşıdır, qızıl medal şansı da var idi

Azərbaycan təmsilçilərinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatındakı çıxışını yaxşı hesab etmək olar.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov deyib.

O, yığma üzvlərinin qitə birinciliyindəki çıxışını dəyərləndirib:

"Bizim üçün nəticəni yaxşı hesab etmək olar. Ümumilikdə, komanda yaxşı nəticə göstərdi - idmançılarımız 1 gümüş və 4 bürünc medal qazandılar. Amma onu da qeyd etmək istərdim ki, bu medalların əyarı fərqli ola bilərdi. Aktivimizə qızıl medal yazdırmaq şansımız var idi. Sadəcə bu gün vəziyyət belədir. Son iki Avropa çempionatında isə qızıl medal qazana bilmişik.

Bu gün həm Avropada, həm də dünyada bütün idmançılar böyük əzmkarlıqla çalışırlar. Bizim idmançılarımız kimi digər ölkələrin də çox istedadlı nümayəndələri yarışlarda iştirak edirlər.

Əminik ki, gələcəkdə Bakıda keçiriləcək dünya çempionatında daha uğurlu çıxış edəcəyik. Doğma azarkeşlərin dəstəyi, öz meydanımızın üstünlüyü bizə əlavə motivasiya verəcək və daha yüksək nəticələr əldə etməyimizə kömək edəcək".

Natiq Bağırov fərdi çıxışlara da toxunub:

"Cüdoçularımızdan Murad Fətiyev ən azı medal qazana bilərdi. Onun turnirlə erkən vidalaşması məni üzdü. Eyni şəkildə, ağır çəkidə çıxış edən Kənan Nəsibovun da medal şansı yüksək idi. Onlar kifayət qədər yaxşı idmançılardır. Sadəcə müəyyən epizodlarda buraxılan səhvlər və ya bəzi məqamlar nəticəyə təsir göstərdi. Bəzi hallarda xal verilmədi, bəzi anlarda isə diqqətsizlik uduzmağa səbəb oldu. Murad Fətiyevin görüşündə də, fikrimcə, bəzi epizodlar fərqli qiymətləndirilə bilərdi. Amma bütün bunlara baxmayaraq, həm Murad, həm də Kənan çox güclü idmançılardır və inanıram ki, gələcəkdə öz sözlərini deyəcəklər".

Federasiya rəsmisi hazırlıq prosesindən də danışıb:

"Ümumilikdə idmançıları Bakıda keçiriləcək dünya çempionatına elə hazırlaşdırmaq lazımdır ki, bütün çətinlikləri nəzərə alsınlar. Yəni mümkün mübahisəli məqamları da əvvəlcədən düşünərək daha hazır vəziyyətdə olsunlar. Bu yanaşma onların daha güclü, daha diqqətli və daha keyfiyyətli çıxış etməsinə kömək edəcək. Nəticədə isə idmançılar öz potensiallarını daha dolğun şəkildə ortaya qoyaraq daha yüksək səviyyəli güləş nümayiş etdirə bilərlər. Belə hallar hər yarışda baş verə bilər. Ona görə də biz hər zaman ən çətin vəziyyətlərə hazır olmalıyıq".

O, hakim qərarları ilə bağlı etiraz məsələsinə də toxunub:

"Müəyyən müzakirələr apardıq və belə nəticəyə gəldik ki, hazırda etiraz etsək belə, görüşlərin nəticələri dəyişməyəcək. Buna görə də əsas məqsədimiz gələcək yarışlarda bu cür halların qarşısını almaqdır. Bu istiqamətdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".

Sonda hakimliklə bağlı məqamlara da toxunulub, o cümlədən Zelim Kotsoyevin yarımfinal görüşündə diskvalifikasiya olunması və üçüncü yer uğrunda qarşılaşmaya buraxılmaması ilə bağlı məsələyə də münasibət bildirilib:

"Bizim idmançımızın çıxışı zamanı müəyyən mübahisəli məqamlar oldu. Ümumi təəssürat belə idi ki, hakimlər yerli idmançıya müəyyən üstünlük verirdilər. Burada baş verən vəziyyət və verilən qərarlarla bağlı müəyyən mübahisələr var. Hakimlərin fikrincə, həmin epizodda qadağan olunmuş texnikadan istifadə edilib və bu səbəbdən hərəkət düzgün qiymətləndirilməyib. Lakin onu da qeyd etmək istəyirəm ki, son 15 il ərzində bu cür hallarda həmin hərəkətə görə idmançının diskvalifikasiya edildiyini və ya ciddi şəkildə cəzalandırıldığını, demək olar, görməmişəm".

Qeyd edək ki, yığma qitə birinciliyini 4 medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Basketball
Today, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Qarabagh FC
Today, 14:29

"Qarabağ" 15 il ərzində ilk dəfə üç ardıcıl matçda qolsuz qaldı

Football
Today, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Football
Today, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Others
Today, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Football
Today, 10:12

Mançester Yunayted 40 ildən sonra yenidən antirekordunu təkrarladı

Qarabagh FC
Today, 09:00

Zəfər turu: İmişli Sumqayıtı, Sabah Şamaxını qarşılayacaq

Football
Today, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Football
Today, 04:04

Real Madrid 2022-ci ildən bəri ilk dəfə 8 oyunlu qələbə seriyası

Football
Today, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib

Formula 1
Today, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Qarabagh FC
Yesterday, 18:21

Premyer Liqasında Şəfa və Araz‑Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Minifootball
Yesterday, 16:28

ADSEA Qələbə Elde Etdi: 'Zəfər Kuboku' Minifutbol Turnirinin Qalibləri Müəyyənləşdi

Football
Yesterday, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Qarabagh FC
Yesterday, 14:15

U-21 Milli Yığmasının 24 nəfərlik heyəti təlim toplanışı üçün müəyyənləşdi

Judo
Yesterday, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Gymnastics
Yesterday, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Basketball
Yesterday, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Gymnastics
Yesterday, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Football
Yesterday, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb

Football
Yesterday, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi

Qarabagh FC
06 November 2026, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Football
06 November 2026, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Others
06 November 2026, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Related news