Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib.
Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.
Xatırladaq ki, bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxır. Avropa çempionatı aprelin 19-da başa çatacaq.