top
Azərbaycan Cüdoçuları Avropa Çempionatında: Finala Vəsiqə Qazananlar və Medal Uğrunda Mübarizə Aparanlar - YENİLƏNİB-11 Report.az
16 April 2026, 14:37
- ↺ +

Azərbaycan Cüdoçuları Avropa Çempionatında: Finala Vəsiqə Qazananlar və Medal Uğrunda Mübarizə Aparanlar - YENİLƏNİB-11

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala vəsiqə qazana bilməyib.

"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Şirin Bukliyə (Fransa) uduzub.

Bununla da o, bürünc medal uğrunda iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

14:17

Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala vəsiqə qazana bilməyib.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub.

O, üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

14:07

Azərbaycanın daha bir cüdoçusu Əhməd Yusifov da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Romen Valadier-Pikardı (Fransa) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

13:55

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Radu İzvoreanunu (Moldova) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

13:22

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

13:01

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) qalib gəlib.

Əhməd Yusifov (60 kq) isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb.

Ə.Yusifov təsəlliverici görüşə çıxacaq.

12:49

Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.

Leyla Əliyeva (52 kq) eyni mərhələdə Odette Qiuffridaya (İtaliya), Könül Əliyeva (48 kq) isə Laura Martines Abelendaya (İspaniya) uduzub.

1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan Bayramov (66 kq) təsəlliverici görüşə qatılacaq.

12:14

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ikinci qələbəsini qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini məğlub edib.

Daha əvvəl Nikolas Kuntseni (Almaniya) üstələyən T.Bayramov 1/4 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı Reko Ruppa uduzub.

11:51

Azərbaycanın daha üç cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb.

Əhməd Yusifov (60 kq) eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib.

Turan Bayramov (66 kq) isə 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:26

Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:02

Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.

Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

10:52

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib.

Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxır. Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Şəfəq Həmidova Avropa çempionatında finala vəsiqə qazana bilməyib - YENİLƏNİB-11 Şəfəq Həmidova Avropa çempionatında finala vəsiqə qazana bilməyib - YENİLƏNİB-11 Şəfəq Həmidova Avropa çempionatında finala vəsiqə qazana bilməyib - YENİLƏNİB-11

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Basketball
Today, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Qarabagh FC
Today, 14:29

"Qarabağ" 15 il ərzində ilk dəfə üç ardıcıl matçda qolsuz qaldı

Football
Today, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Football
Today, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Others
Today, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Football
Today, 10:12

Mançester Yunayted 40 ildən sonra yenidən antirekordunu təkrarladı

Qarabagh FC
Today, 09:00

Zəfər turu: İmişli Sumqayıtı, Sabah Şamaxını qarşılayacaq

Football
Today, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Football
Today, 04:04

Real Madrid 2022-ci ildən bəri ilk dəfə 8 oyunlu qələbə seriyası

Football
Today, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib

Formula 1
Today, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Qarabagh FC
Yesterday, 18:21

Premyer Liqasında Şəfa və Araz‑Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Minifootball
Yesterday, 16:28

ADSEA Qələbə Elde Etdi: 'Zəfər Kuboku' Minifutbol Turnirinin Qalibləri Müəyyənləşdi

Football
Yesterday, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Qarabagh FC
Yesterday, 14:15

U-21 Milli Yığmasının 24 nəfərlik heyəti təlim toplanışı üçün müəyyənləşdi

Judo
Yesterday, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Gymnastics
Yesterday, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Basketball
Yesterday, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Gymnastics
Yesterday, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Football
Yesterday, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb

Football
Yesterday, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi

Qarabagh FC
06 November 2026, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Football
06 November 2026, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Others
06 November 2026, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Related news