top
Zirənin Torpedoyu məğlub etməsi iki yubileyi əhatə edib Report.az
09 July 2026, 11:37
- ↺ +

Zirənin Torpedoyu məğlub etməsi iki yubileyi əhatə edib

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" – "Torpedo" (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtda baş tutan oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.

Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, UEFA Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, UEFA Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıb. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanan klublarımız 112 heç-heçə edib və 229 dəfə uduzub.

Qitə kuboklarında debüt 1994/1995 mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da "Turan" Türkiyədə "Fənərbağça"ya 0:5 hesabı ilə uduzub.

"Zirə"nin futbolçusu Ruan Renatonun "Torpedo" ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.

Azərbaycan komandalarının ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Qeyd edək ki, "Zirə" Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 20:53

Premyer Liqa: Neftçi Zirəyə 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib

Football
Today, 20:32

Bavariyanın futbolçusu Camal Musiala zədəsi barədə açıqlama

Football
Today, 20:19

İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusu Rafa Mirin həbs cəzasını 7 ilə endirib

Football
Today, 19:53

"İnter"in müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasında "Ştutqart"a qarşı matçda zədələnərək təxminən üç həftə meydandan kənarda qalacaq

Football
Today, 19:14

Jamal Musiala bud əzələsinin təkrarlanan zədəsi səbəbindən təxminən altı həftəyə meydandan kənarda qalacaq

Football
Today, 18:56

"Mançester Yunayted" Brunu Fernandeşin müqaviləsini 2028-ci ilədək uzadıb

Football
Today, 18:30

UEFA İğtişaşları Araşdırmağa Başladı

Football
Today, 18:21

"Bruno Fernandes Brentford qarşılaşmasından öncə məşqdə iştirak etməyib"

Wrestling
Today, 17:54

Vergi Borcları ilə Qarşılaşan Güləş Məşqçisinin Azərbaycandan Çıxışına Müvəqqəti Qadağa

Football
Today, 17:36

UEFA "Beşiktaş" – "Hapoel" matçında iğtişaşları araşdırmaq üçün müfəttişlər təyin edib

Football
Today, 17:25

"İmişli"nin baş məşqçisi "Şəfa"ya məğlubiyyətdən sonra komandasını tənqid etdi

Football
Today, 17:21

Şəfa 10 oyunluq qələbəsizlik seriyasını bitirdi – 3:1 qalib gəldi

Others
Today, 17:17

Ahmet Temurci: Azərbaycanda idman mədəniyyəti sürətlə inkişaf edir

Football
Today, 17:03

"İmişli"yə qarşı 3:1 qalib gələn "Şəfa"nın məşqçisinin açıqlamaları

Football
Today, 17:00

"Aleks de Souza Braziliyanın Seara klubunun baş məşqçisi təyin edildi"

Boxing
Today, 16:43

Azərbaycanın boks millisi Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində iştirak edəcək

Football
Today, 16:02

Həftəsonu Avropanın 6 güclü liqasında maraqlı futbol qarşılaşmaları keçiriləcək

Football
Today, 15:50

"Real" Brahim Diasla müqaviləni 2031-ci ilə qədər uzadıb

Others
Today, 15:30

Əfsanəvi motosikletçi Mark Markes 2026-cı il mövsümündən sonra "MotoGP" çempionatından ayrılacaq

Others
Today, 15:13

Azərbaycanlı atçıl Aydın Əlibəyov Moskva

Football
Today, 15:08

Braziliyalı tanınmış futbolçu Juari 67 yaşında dünyasını dəyişib

Football
Today, 15:05

"Çelsi", "Tottenhem" və "Fulhem" Sael Kembedi ilə maraqlanırlar

Football
Today, 14:50

"Rakov" "Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirovu transfer etmək istəyir

Football
Today, 14:26

Polşanın Katovitse klubu Rüfət Abbasova üçillik müqavilə təklif edib

Related news