"Zirə" klubunun UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
"Report"un məlumatına görə, "qartallar" Torpedo" (Gürcüstan) üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda ilk matçını evdə keçirəcək.