İtaliyanın "Yuventus" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Braim Diası transfer etmək üçün ciddi addımlar atır.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Turinlilər 26 yaşlı yarımmüdafiəçi üçün danışıqları davam etdirir. Mərakeş millisinin üzvü qarşıdakı günlərdə gələcək karyerası ilə bağlı qərar verəcək.
Xatırladaq ki, Braim Dias ötən mövsüm "Real"ın heyətində 42 oyunda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.