Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaq və növbəti oyuna hazırlaşmaqdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Qətər yığmasının baş məşqçisi Yulen Lopeteqi DÇ-2026-nın qrup mərhələsində Kanada ilə keçirilən oyundan sonra deyib.
Mütəxəssis ağır məğlubiyyətin komanda üçün ciddi dərs olduğunu vurğulayıb:
"Çox çətin gecə oldu. Rəqib bizdən üstün oynadı və bunu qəbul etməliyik. Buraxdığımız səhvlər nəticəyə birbaşa təsir göstərdi. Belə məğlubiyyətdən sonra ən vacib məsələ toparlanmaq və növbəti oyuna hazırlaşmaqdır. Hələ qarşıda bir matçımız var və sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Qətər millisi Kanada yığmasına 0:6 hesabı ilə uduzub.