UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Sabah" - TNS (Uels) matçına 5000-ə yaxın bilet satılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.