Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah"ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.