Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının F qrupunun II turunda İsveçlə oyunun vacib olduğunu bildirib.
"Report"un məlumatına görə, təcrübəli mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.
O, oyunçuların təzyiq hiss etmədiyini söyləyib:
"Bunun vacib oyun olduğunu bilirdim. Oyunçularımız təzyiq hiss etmədiklərini göstərdilər. Bu görüşdə mütləq qələbə qazanmalıydıq. Artıq növbəti matça köklənəcəyik".
Xatırladaq ki, Niderland seçməsi İsveçi 5:1 hesabı ilə məğlub edib.