Belçika millisinin futbolçusu Romelu Lukaku dünya çempionatları tarixində unikal rekorda imza atıb.
"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ-ni məğlub etdikləri matçda (4:1) fərqlənməklə nail olub.
67-ci dəqiqədə meydana çıxan forvard 90+3-cü dəqiqədə görüşdə son nöqtəni qoyub.
O, dörd mundial oyununda sonradan meydana çıxaraq fərqlənməyi bacaran ilk futbolçudur. Lukaku cari turnirdə üç, DÇ-2014-də bir dəfə buna nail olub.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.