Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Özbəkistanla matçın nəticəsindən razıdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin çalışdırıcısının özü Özbəkistana qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbədən məmnun olduğunu söyləyib:
"Qazanılan qələbə paltardəyişmə otağında apardığımız söhbətlərin nəticəsi idi. Bəzən turnirin ilk matçlarında çox da yaxşı çıxış etməyə bilərsiniz. Lakin sonradan bu sizi daha güclü edir. Bu gün biz daha böyük yetkinlik göstərən bir komanda gördük. Nəticədən çox məmnunam".
Qeyd edək ki, Portuqaliya Özbəkistana 5:0 hesabı ilə qalib gəlib.