Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir.
Onun 1/4 finala qədər bərpa olunacağı gözlənilir. Start heyətində onu Manu Konenin əvəzləyəcəyi qeyd olunub.
Qeyd edək ki, Paraqvay və Fransa komandaları arasındakı qarşılaşma iyulun 5-də keçiriləcək.