Norveç yığmasının yüzlərlə azarkeşi İngiltərə millisi ilə keçiriləcək futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin matçından Londonda Bukinhem Sarayının qarşısındakı Viktoriya Memorialının qarşısında toplaşıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Komandanın azarkeşləri Norveç yığması futbolçularının qələbələrini azarkeşləri ilə qeyd etmələrinin ənənəvi üsulu olan avarçəkməni təqlid ediblər. Onlar əraziyə milli bayraqlar gətiriblər, mahnılar oxuyublar və milli komandanın idman formalarını geyiniblər.
Norveç və İngiltərə milliləri arasında oyun Bakı vaxtı ilə saat 01:00-da başlayıb və Mayamidə keçirilir.