Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın "Radniçi NİŞ" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Breno Almeyda (2) və Ağadadaş Salyansli vurub.
Xatırladaq ki, "Neftçi" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.