Futbol üzrə Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində qələbə qazanıb.
"Report"un məlumatına görə, komanda buna DÇ-2026-nın 1/16 finalında Ekvadoru məğlub etməklə nail olub.
Yığma 1986-cı ildə mundialın 1/4 finalına yüksəlməyi bacarıb.
2022-ci ildə qrupda qalan Meksika 1994, 1998, 2002, 2006, 2010, 2014 və 2018-ci illərdə gerçəkləşən turnirlərdə 1/8 finalda uduzub.
Komanda 1990-cı ildə keçirilən yarışdan kənarlaşdırılmışdı.
Xatırladaq ki, Meksika Ekvadoru iki cavabsız qolla üstələyib. Milli 1/8 finalda İngiltərə - Konqo DR cütünün qalibi ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.