Fransa millisinin hücumçusu Kilian Mbappenin Mərakeş millisinə vurduğu qoldan əvvəl top ələ toxunub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Məhəmməd Vəhbi DÇ-2026-nın 1/4 final mərhələsində Fransaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyətə görə təəssüfləndiyini bildirib:
"Həqiqətən çətin oyun oldu. Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi. VAR-ın bu epizodu nəzərə alaraq qolu ləğv edəcəyini gözləyirdik, lakin belə olmadı. Çox güclü komandaya qarşı çıxış etdik və məğlub olduq".
Qeyd edək ki, Fransa millisi Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.