İtaliyanın "Napoli" klubu Massimiliano Alleqrinin əsas komandanın baş məşqçi postuna təyin olunduğunu elan edib.
"Report" Neapol təmsilçisinə istinadən xəbər verir ki, mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
M.Alleqri futbolçu kimi 1997/1998 mövsümündə "Napoli"nin formasını geyinib. O, məşqçilik fəaliyyətinə 2003/2004 mövsümündə başlayıb.
Qeyd edək ki, M.Alleqri ötən mövsüm "Milan"ı çalışdırıb və komanda çempionatı 5-ci pillədə tamamlayıb.