top
Manə Mollayeva futbolçu və məşqçi kimi fəaliyyətini davam etdirəcək Report.az
02 July 2026, 16:57
- ↺ +

Manə Mollayeva futbolçu və məşqçi kimi fəaliyyətini davam etdirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Manə Mollayeva U-15 yığmasına köməkçi məşqçi təyin olunmasını inkişaf üçün önəmli addım hesab edir.

Futbolçu bunu "Report"a açıqlamasında deyib.

O, təcrübəsini yeniyetmələrlə paylaşmaq istədiyini bildirib:

"Mən bunu öz inkişafım üçün çox önəmli addım hesab edirəm. Futbolçu kimi öyrəndiklərimi yeniyetmələrlə paylaşmaq istəyirəm. İnanıram ki, həm mən onlara faydalı olacağam, həm də məşqçi kimi özümü inkişaf etdirəcəyəm. Futbolçu olmağım məşqçilikdə mənə daha çox kömək edəcək. Hələ də peşəkar şəkildə oynayıram və özümü buna hazır hiss edirəm. Bu iki işi paralel şəkildə davam etdirməyi planlaşdırıram".

M.Mollayeva Azərbaycanda qadın futbolunun inkişaf etdiyini vurğulayıb:

"Son illərdə qadın futbolunda müsbət inkişaf görünür. Bu sahədə AFFA-nın dəstəyi və gördüyü işlər artıq bəhrə verir. Hesab edirəm ki, görüləcək işlər hələ çoxdur. Xüsusilə aşağı yaş qruplarında daha çox məşq, turnir və inkişaf imkanları yaradılmalıdır. Nə qədər çox qız futbola cəlb olunsa, gələcəkdə millimiz də bir o qədər güclü olacaq".

Qeyd edək ki, M.Mollayeva bir neçə gün öncə Azərbaycanın U-15 millisinin baş məşqçisi Rövşən Qasımovun köməkçisi təyin olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Qarabagh FC
Today, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Football
Today, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Others
Today, 17:41

Suraxanı Atmalar Bazasında keçirilən seçim sınağında idmançılar atma bacarıqlarını nümayiş etdirdi

Tennis
Today, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq

Football
Today, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Football
Today, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Football
Today, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram

Football
Today, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi

Football
Today, 14:29

Rəhim Həsənov: Kəpəz‑İmişli matçında baş hakimin səhv qərarı

Football
Today, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Football
Today, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Qarabagh FC
Today, 13:28

Toral Bayramov: "İlk vaxtlar sistemə uyğunlaşmaq çətin oldu, amma indi hazır hiss edirəm"

Others
Today, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Football
Today, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub

Volleyball
Today, 12:43

AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüşüb

Football
Today, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Football
Today, 12:20

Tvente 9:0 Ekselsioru məğlub edərək tarixə böyük qələbə qazanıb

Others
Today, 11:54

Anar Quliyev Azərbaycan yığmasının Asiya Kubokundakı uğurlarını yüksək qiymətləndirib

Qarabagh FC
Today, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9‑cu qarşılaşması

Football
Today, 10:43

Əsgərov: Qrupun əsas çətinliyi Latviya və Gürcüstan olacaq

Minifootball
Today, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Football
Today, 09:58

UEFA Avropa Liqası: Renn evdə Olimpiakosla qarşılaşacaq

Qarabagh FC
Today, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar

Basketball
Today, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Related news