top
Lionel Messi dünya çempionatlarında dörd tarixi rekora imza atdı Report.az
04 July 2026, 04:54
- ↺ +

Lionel Messi dünya çempionatlarında dörd tarixi rekora imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında dörd tarixi rekorda imza atıb.

"Report" xəbər verir ki, 39 yaşlı oyunçu DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı oyunda fərqlənərək mundiallardakı qol sayını 30-a çatdırıb.

Bununla da o, turnir tarixinin ən məhsuldar futbolçusu kimi öz rekordunu yeniləyib. Siyahıda ikinci pillədə qərarlaşan Fransa millisinin hücumçusu Kilian Mbappenin hesabında isə 18 qol var.

Messi eyni zamanda mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddətdə ümumilikdə 12 dəfə rəqib qapılarına yol tapıb.

Təcrübəli futbolçu daha bir tarixi göstəriciyə də imza atıb. O, Kabo-Verde ilə qarşılaşmaya start heyətində çıxmaqla dünya çempionatları tarixində 30 oyun həddini keçən ilk futbolçu olub. Bu göstəricidə ikinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 26 mundial oyunu var.

Messi Kabo-Verde ilə matçda məhsuldar ötürmə müəllifi olmaqla dünya çempionatları tarixində assistlərin sayına görə də həmyerlisi, 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub. Bununla da onun mundiallardakı məhsuldar ötürmələrinin sayı 9-a yüksəlib. Dünya çempionatlarında məhsuldar ötürmələrin statistikası 1966-cı ildən aparılır.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının formasını geyinib. Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, həmçinin "Qızıl top" mükafatını rekord sayda – səkkiz dəfə qazanıb.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Tennis
Today, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq

Football
Today, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Football
Today, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Football
Today, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram

Football
Today, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi

Football
Today, 14:29

Rəhim Həsənov: Kəpəz‑İmişli matçında baş hakimin səhv qərarı

Football
Today, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Football
Today, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Qarabagh FC
Today, 13:28

Toral Bayramov: "İlk vaxtlar sistemə uyğunlaşmaq çətin oldu, amma indi hazır hiss edirəm"

Others
Today, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Football
Today, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub

Volleyball
Today, 12:43

AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüşüb

Football
Today, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Football
Today, 12:20

Tvente 9:0 Ekselsioru məğlub edərək tarixə böyük qələbə qazanıb

Others
Today, 11:54

Anar Quliyev Azərbaycan yığmasının Asiya Kubokundakı uğurlarını yüksək qiymətləndirib

Qarabagh FC
Today, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9‑cu qarşılaşması

Football
Today, 10:43

Əsgərov: Qrupun əsas çətinliyi Latviya və Gürcüstan olacaq

Minifootball
Today, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Football
Today, 09:58

UEFA Avropa Liqası: Renn evdə Olimpiakosla qarşılaşacaq

Qarabagh FC
Today, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar

Basketball
Today, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Basketball
Today, 09:07

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Football
Today, 03:54

Qalatasaray, Ştutqart qarşısında parlayan Batrakovla müqaviləni yenidən gözdən keçirəcək

Football
Today, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Related news