Kurasao millisinin Ekvadorla heç-heçəsi qələbə qədər dəyərlidir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Kurasao millisinin baş məşqçisi Dik Advokat Ekvadora qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bərabərə bitən görüşü şərh edib:
"Ekvadorun bizdən daha güclü heyətə malik olduğunu bilirdik. Futbolçularım inanılmaz mübarizə apardılar və ölkəmizə dünya çempionatları tarixində ilk xalı qazandırdılar. Bu nəticə bizim üçün qələbə qədər dəyərlidir. Qapıçımız Eloy Romun çıxışını olduqca yüksək qiymətləndiririk".
Qeyd edək ki, Ekvador Kurasao oyununda hesab (0:0) açılmayıb.