Konqo Demokratik Respublikası millisinin futbolçuları Özbəkistanla matçda qeyri-adi çıxış ediblər.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Sebastyen Desabr Özbəkistana qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Futbolçularımızı təbrik etməliyik. Çünki bu gün həqiqətən qeyri-adi çıxış etdilər. Biz elə bir komandayıq ki, buraxdığımız qollardan sonra da reaksiya verməyi bacarırıq və sona qədər əzmlə mübarizə aparırıq.
Bu gün bir az daha hücumameyilli oynadıq və sevindiricidir ki, hamı bizim qol vurmaq qabiliyyətimiz olduğunu gördü. Bu çox yaxşı haldır. Eyni zamanda məşqçilər heyətimi də təbrik etməliyəm. Çox qürurluyuq və bütün Konqo xalqı üçün xoşbəxtik".
Qeyd edək ki, Konqo Özbəkistanı 3:1 hesabı ilə məğlub edib.