Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə qarşılaşan Kolumbiya millisinin real imkanları olsa da, yığma fürsətdən yararlana bilməyib.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Nestor Lorenso oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis futbolçuları ilə qürur duyduğunu bildirib:
"Futbolçularımla qürur duyuram. Matç ərzində kifayət qədər imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. Penaltilər seriyası həmişə çətindir və müəyyən qədər şans amili də rol oynayır. İsveçrəni növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm".
Qeyd edək ki, futbol üzrə dünya çempionatında Kolumbiya İsveçrəyə penaltilər seriyasında (4:3) məğlub olub.