Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 4:0.
66-cı dəqiqədə Neytan Saliba dəqiq zərbə müəllifi olub.
03:08
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda öndədir - 3:0.
Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.
02:52
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb.
Son olaraq 45+3-cü dəqiqədə Conatan Devid dubl müəllifi olub.
02:31
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.
29-cu dəqiqədə Conatan Devid fərqlənib.
02:20
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda hesab açılıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
16-cı dəqiqədə Kayl Larin fərqlənib.
02:01
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyunu başlayıb.
"Report"un məlumatına görə, B qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.