Futbol üzrə dünya çempionatında Uruqvay və Kabo Verde yığmaları arasında keçirilən H qrupunun II turunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, Kabo Verdenin heyətində Kevin Pina oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda komandasının ilk qolunu (2:2) vurub.