Futbol üzrə dünya çempionatında İsveçrə və Kolumbiya yığmaları arasında keçirilən 1/8 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, avropalıların heyətində qapıçı Qreqor Kobel oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, qolkiper görüş ərzində komandasını bir neçə dəfə qol vəziyyətindən xilas edib. Onun komandası penaltilər seriyasında qələbə (4:3) qazanaraq 1/4 finala çıxıb.