Futbol üzrə dünya çempionatında Panama və İngiltərə yığmaları arasında keçirilən L qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Cud Bellinqem oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu komandasının 2:0 hesablı qələbəsi ilə başa çatan matçda bir qol vurub.